Sadıqova Zülfiyyə Şükür qızı - Xəzər Universitetinin Musiqi və incəsənət kafedrasının müdiri, Xəzər Universitetinin kamera orkestrının bədii rəhbəri professor,http://www.asanradio.az/news/13064 dosent. Əməkdar müəllim.

1990-cı ildə Bülbül adına orta ixtisa musiqi məktəbini gümüş medalla, 1995-ci ildə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə “Gənc musiqiçilər” müsabiqəsinin birinci dərəcəli fəxri diplomunu almış, həmin ildə şəhər və respublika baxışlarının qalibi olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət və İncəsənət Muzeyində solo konserti keçirilmişdir. 1994-cü ildə “Tələbə və aspirantların IV elmi ifaçılıq konfransı”nın diplomu ilə təltif olunub. 1997-ci ildə görkəmli tarzən Mirzə Sadıq Əsədoğlu (Sadıqcan) adına Xalq Çalğı Alətləri üzrə musiqi ifaçılarının Respublika müsabiqəsində yaradıcılıq fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib. 1998-ci ildə Bakı Musiqi Akademiyasının nəzdində aspiranturanı bitirib. 2011-ci ilin may ayında İtaliyanın Roma şəhərində Akademia Nazionale di Sonto Ceciliya konsert salonunda solo proqramla çıxış edib. 2014-cü ilin mart ayının 7-də Böyük Britaniyanın London şəhərində solo konsertlə çıxış etmişdir.

Solo konsertləri TarixÖlkə, ŞəhərYerKonsertin adıDirijorMüşayiətçi1991.--.--, AlmatıQazaxıstan Dövlət Konservatoriyasının Kamera Zalı---1993.--.--, BakıAzərbaycan Dövlət və İncəsənət Muzeyi---2004.--.--Alman Mədəniyyət Mərkəzi---2007.--.--, Tbilisi----2009.--.--, Dağıstan, Mahaçqala-Murad Kojlayev adına musiqi məktəbinin açılışına həsr olunmuş Beynəlxalq festival--2011.05.--, RomaAkademia Nazionale di Sonto Ceciliya konsert salonu---2013.05.09---2014.03.07, London----2014.11.17-21, AnkaraHaccetepe Universitetinin konservatoriyası---2015.03.12-17, Qəhrəmanmaraş və Kayseri----

İstinadlar

Kateqoriya:Azərbaycan pianoçuları