Frans Kafka heykəli () – 2003-cü ildə heykəltaraş Yaroslav Rona tərəfindən hazırlanmış heykəl.

Haqqında Çexiyanın paytaxtı Praqa şəhərinin qədim Yəhudi kvartalında Duşni (Müqəddəs Ruh) küçəsindəki kiçik bir meydanda quraşdırılmışdır. Kafka bu küçədə (№27) yaşamışdır.

Heykəl Frans Kafkanın "Amerika" romanının bir səhnəsi əsasında hazırlanıb: siyasi namizəd seçki kampaniyası zamanı nəhəng adamın çiyinlərinə çıxır və küçələr boyunca dolaşır.

Bürüncdən hazırlanmış heykəl 3,75 metr yüksəkliyində, 800 kq ağırlığındadır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Frans Kafka haqqında əsərlər Kateqoriya:Çexiyadakı heykəllər Kateqoriya:Praqa abidələri Kateqoriya:2003-cü ilin heykəlləri Kateqoriya:Romanlara əsaslanan əsərlər