Bəsti Məsim qızı Bağırova () – Azərbaycanda məşhur pambıq ustası. Azərbaycanda iki əl ilə pambıq yığımı hərəkatının təşəbbüsçüsü. İki dəfə Sosialist Əməyi Qəhrəmanı (1947, 1950).

Həyatı 1905-ci ildə Goranboy rayonun Bağçakürd kəndində anadan olmuşdur. 1930–1933-cü illərdə Azərbaycan SSR Qasım İsmayılov rayonu "Bağçakürd"(sonralar B. Bağırova adına) kolxozunun kolxozçusu, 1933–1950-ci illərdə həmin kolxozda manqa başçısı və 1953–1962-ci illərdə sədri olmuşdur. Bakı Ali Partiya Məktəbini bitirmişdir (1952).

AKP-nin XXIII–XXV qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (I–III çağırış), Azərbaycan SSR Ai Sovetinin (IV–V çağırış) deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur. 3 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla, ÜİKTS-in böyük qızıl medalı ilə təltif edilmişdir.

Bağçakürd kəndinə Bəsti Bağırovanın tunc büstü qoyulmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.

Filmoqrafiya Beş dəqiqəlik konsert (film, 1941) Səadət yolu ilə (film, 1956)

İstinadlar

Kateqoriya:Pambıqçılar Kateqoriya:İkiqat Sosialist Əməyi Qəhrəmanları Kateqoriya:Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin VIII çağırış üzvləri Kateqoriya:Azərbaycan pambıqçıları Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvləri Kateqoriya:SSRİ pambıqçıları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XX qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Kolxoz sədrləri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin I çağırış deputatları