UEFA Kuboku finalı 2001 — 2001-ci ilin mayın 16-da Almaniyanın Dortmund şəhərində yerləşən Siqnal İduna Park stadionunda İngiltərənin "Liverpul" və İspaniyanın "Alaves" klubları arasında keçirilmiş UEFA Kuboku final matçı. Seyr edilməyə dəyər olan bu hadisə 2000-01 mövsümündə avropanın ikinci ən mötəbər klub turniri olan UEFA Kubokunun final matçı idi. "Liverpul" 1973 və 1976-cı illərdən sonra tarixində üçüncü dəfə turnirin finalına vəsiqə qazanırdı. Onlar həmçinin Heyzel faciəsindən sonra üzləşdikləri qadağadan sonra ilk dəfə avropa miqyaslı turnirin finalına vəsiqə qazanmışdılar. "Alaves" isə tarixi ərzində ilk dəfə avropa miqyaslı turnirin finalına vəsiqə qazanmışdı.
Hər iki klub 6 mərhələni, ümumilikdə 12 matçı uğurla bitirərək finala vəsiqə əldə etdilər. "Liverpul" heç bir rəqibini 2 qoldan artıq fərqlə məğlub etmədi. Yarım final mərhələsində "Barselona" klubu 1-0 hesabı ilə məğlub edildi. Əvəzində isə "Alaves" bu mərhələdə asan qələbə qazandı. İlk mərhələdə Türkiyənin "Qaziantepspor" klubunu 1 qol fərqlə üstələyən "Alaves", yarım final mərhələsində Almaniyanın "Kayzerslautern" klubunu ümumilikdə 9-2 hesabı ilə üstələdilər.
48,050 tamaşaçının izlədiyi matçın 4-cü dəqiqəsində "Liverpul" Markus Babbelin qolu ilə önə keçdi. 16-cı dəqiqədə isə Stiven Cerrard fərqi 2 topa çatdırdı. İlk hissənin yarısında İvan Alonso hesab arasındakı fərqi azaltdı. İlk hissənin bitməsinə az vaxt qalmış isə Qari Makallister penaltidən hesabı 3-1 etdi. İkinci hissə başladıqdan az sonra Xavi Moreno ardıcıl olaraq iki dəfə fərqlənməklə hesabı 3-3 etdi. "Liverpul" bir daha 76-cı dəqiqədə Robbi Faulerin qolu ilə önə keçdi. Matçın bitməsinə 1 dəqiqə qalmış isə Xordi Kroyf hesabı 4-4 etdi. Bu halda matç əlavə vaxta qədər uzandı və ilk hissədə qol vurulmadı. Matç penalti vuruşlarına getdiyi bir anda isə Delfi Qeli başla avtoqola imza atdı. Əlavə vaxtın qızıl qol qaydasına görə "Liverpul" turnirin qalibi oldu. Bununla da "Liverpul" mövsümü İngiltərə Liqa Kuboku, İngiltərə Federasiya Kuboku və UEFA Kubokunu qazanmaqla tamamladı.
Finala gedən yol Liverpul Mərhələ Rəqib Birinci oyun İkinci oyunYekun hesab Birinci Rapid Buxarest 1–0 (s) 0–0 (e) 1–0 İkinci Slovan Liberets 1–0 (e) 3–2 (s) 4–2 Üçüncü Olimpiakos 2–2 (s) 2–0 (e) 4–2 Dördüncü Roma 2–0 (e) 0–1 (s) 2–1 1/4 final Portu 0–0 (s) 2–0 (e) 2–0 Yarımfinal Barselona 0–0 (s) 1–0 (e) 1–0 "Liverpul" UEFA Kuboku turnirinə 1999–2000-ci il mövsümündə İngiltərə Premyer Liqasını 4-cü pillədə bitirərək yollanmışdır. İlk mərhələdə onlar Rumıniyanın "Rapid Buxarest" klubu ilə qarşılaşdı. Matç Qiyuleşti-Valentin Stanesku stadionunda keçirilirdi. "Liverpul" görüşü Nik Barmbinin qolu ilə 1-0 qalib bitirdi. Bu mərhələnin Enfilddə baş tutmuş ikinci matçı 0-0 hesabı ilə bitdi və nəticədə "Liverpul" turu 1-0 hesabı ilə öz xeyrinə bitirdi. İkinci mərhələdə "Liverpul" Çexiyanın "Slovan Liberets" klubu ilə qarşılaşdı. Enfilddə baş tutmuş ilk matçda Emil Heskinin 87-ci dəqiqədə vurduğu qol "Liverpul"a 1-0 hesablı qələbə qazandırdı. Cavab qarşılaşması U Nisı stadionunda keçirildi. Matçın əvvəllərində "Slovan Liberets" hesabda irəli keçsə də, ilk hissə 1-1 hesabı ilə bitdi. "Liverpul" hissənin ortasında hesabı bərabərləşdirdi və ikinci hissədə Maykl Ouen və Barmbinin qolları ilə fərq ikiyə yüksəlsədə Liberetsin sonuncu qolu ilə yekunda görüş "Liverpul"un 4-2 hesabı ilə başa çatdı.
"Liverpul"un üçüncü mərhələdəki rəqibi Yunanıstanın "Olimpiakos" klubu idi. İlk matç Yunanıstanda Karaiskakis stadionunda baş tutdu. "Liverpul" Barmbi və Stiven Cerrardın qolları ilə matçda 2-1 önə keçsə də, "Olimpiakos" son dəqiqələrdə hesabı 2-2 etməyi bacardı. Cavab qarşılaşmasında isə "Liverpul" müvafiq olaraq Barmbi və Heskinin qolları ilə yekunda 2-0 hesabı ilə qalib gəldi. Bu mərhələnin yekununda "Liverpul" 4-2 hesabı ilə növbəti mərhələyə adlamış oldu.
"Liverpul"un dördüncü mərhələdəki rəqibi İtaliyanın "Roma" klubu oldu. İlk görüş "Liverpul"un 1977 və 1984-cü illərdə UEFA Çempionlar Liqası kubokunu qazandığı Romanın ev stadionu olan Olimpiko stadionunda baş tutdu. Yeri gəlmişkən, 1984-cü ildə "Liverpul" finalda məhz "Roma"ya qalib gəlmişdi. "Liverpul" bu dəfədə uğurla çıxış edərək rəqibini səfərdə Maykl Ouenin qolları ilə 0-2 hesabı ilə məğlub etdi. Enfilddə oynanılan matç isə rəqibin 0-1 hesablı qələbəsi ilə başa çatdı. "Roma" 70-ci dəqiqədə hesabı açsada onların oyunu uzatmalara aparmaları üçün daha 1 qola ehtiyacları var idi. Hətta bunun üçün şansda yaranmışdı. Belə ki, hakim oyunun son dəqiqələrində "Liverpul"un qapısına penalti təyin etsə də, sonradan qərarını dəyişərək künc zərbəsinə işarə etdi. Mübahisəli qərardan sonra "Roma" hesabı bərabərləşdirə bilmədi və yekun nəticədə "Liverpul" 2-1 hesabı ilə 1/4 final mərhələsinə adladı.
1/4 final mərhələsində rəqib Portuqaliyanın "Portu" klubu idi. İlk matç Portuqaliyada 0-0 hesabı ilə bitdi. Enfilddə baş tutmuş matçda isə "Liverpul" Denni Mörfi və Maykl Ouenin qolları ilə yekunda "Liverpul" 2-0 hesabı ilə qalib gəldi. Püşkatma sonunda "Liverpul"un İspaniya təmsilçisi "Barselona" ilə qarşılaşacağı müəyyən oldu. Kamp Nouda baş tutmuş ilk matçda "Liverpul" əzmkar formada müdafiə olunaraq ilk görüşdə 0-0 hesablı nəticəni rəsmiləşdirdi. Enfilddə baş tutmuş cavab görüşündə isə oyun bərabər davam etsə də, "Liverpul" 44-cü dəqiqədə penalti vurmaq şansı qazandı. Topa yaxınlaşan Qari Makallister "Liverpul"u hesabda önə keçirdi. Buna baxmayaraq "Barselona"nın vuracağı 1 qol onları finala aparacaqdı. Lakin bu baş tutmadı və "Liverpul" 1985-ci il finalından sonra yenidən avropa miqyaslı turnirin finalına vəsiqə əldə etdi.
Alaves Round Rəqib Birinci oyun İkinci oyunYekun hesab Birinci Qaziantepspor 0–0 (e) 4–3 (s) 4–3 İkinci Lillestrem 3–1 (s) 2–2 (e) 5–3 Üçüncü Rosenborq 1–1 (s) 3–1 (e) 4–2 Dördüncü İnter Milan 3–3 (e) 2–0 (s) 5–3 1/4 final Rayo Valyekano 3–0 (e) 1–2 (s) 4–2 Yarım final Kayzerslautern 5–1 (e) 4–1 (s) 9–2 "Alaves" La Liqada 1999–2000 mövsümünü 6-cı pillədə bitirərək UEFA Kubokuna vəsiqə əldə etdi. İlk mərhələdə onlar Türkiyənin "Qaziantepspor" klubu ilə görüşdülər. İlk matç "Alaves"in ev stadionu olan Mendisorrosada keçirildi və 0-0 hesabı ilə bitdi. Amma ikinci matç daha maraqlı alındı və bu görüşdə 7 qol hesaba alınaraq yekunda "Alaves" 4-3 hesablı qələbə qazandı. İkinci mərhələdə rəqib Norveçin "Lillestrem" klubu oldu. İlk matç Norveçdə Orosen stadionunda baş tutdu. "Alaves" Beqona, Oskar Tellez və Kosmin Kostranın qolları ilə 3-1 hesablı qələbə qazandı. İspaniyadakı cavab qarşılaşmasında isə matç 2-2 hesabı ilə bitdi və yekunda "Alaves" 5-3 hesabı ilə qələbə qazandı. Növbəti rəqib Norveçin bir başqa təmsilçisi olan "Rosenborq" klubu idi. Onların İspaniyada keçirilmiş ilk görüşü 1-1 hesabı başa çatmışdır. "Alaves" matçın əvvəlində Bent İnqe Yonsenin avtoqolu ilə önə keçdi. Ardıyca isə "Alaves" daha 2 dəfə fərqlənsədə "Rosenborq" yeganə qolu ilə görüş yekun olaraq 2-4 başa çatdı.
Dördüncü mərhələdə rəqib turnirin 3 qat qalibi olan İtaliyanın "İnter Milan" komandası idi. İspaniyada keçirilən ilk matçda "İnter Milan" Alvaro Rekobanın dublu və Kristian Vierinin qolları ilə 3-1 hesabı ilə önə keçmişdir. "Alaves" 73-cü dəqiqədən etibarən Oskar Tellez və İvan Alonsonun qolları ilə hesabı 3-3 etdi. San Siroda keçirilən cavab matçının 78-ci dəqiqəsində Xordi Kroyfun qolu ilə "Alaves" önə keçdi. İvan Tomiçin vurduğu ikinci qol isə "Alaves"in qələbəsini rəsmiləşdirdi. Yekunda 5-3 hesablı qələbədən sonra "Alaves"in 1/4 final mərhələsinə adlaması rəsmiləşdi.
1/4 final mərhələsində rəqib İspaniyanın "Rayo Valyekano" klubu idi. Evdə keçirdiyi ilk görüşdə "Alaves" 3-0 hesablı qələbə qazandı. Tereza Rivero stadionundakı cavab matçında isə "Rayo Valyekano" 2-0 hesablı üstünlük əldə etsədə Kroyfun qolu "Alaves"i yarım finala daşıdı. Yarımfinalda rəqib Almaniyanın "Kayzerslautern" klubu oldu. İspaniyada keçirilmiş ilk matçda 4 penalti təyin edildi. Bunlardan üçü "Kayzerslautern"in, biri isə "Alaves"in qapısına təyin edildi. İlk matç 5-1 hesabı ilə başa çatdı. Almaniyada keçirilən cavab qarşılaşması "Kayzerslautern" üçün ciddi bir əhəmiyyət daşımırdı. Belə ki, onlar finala adlamaq üçün 4 top vurmalı idilər. Lakin bu matçda "Alaves" 4-1 hesablı qalibiyyət qazanaraq yekunda 9-2 hesablı qələbə ilə finala vəsiqə qazandı.
Matç Arxa plan right|thumb|alt=Two-tiered stands with grey seats, below the stands is a pitch with white markings|260px|Siqnal İduna Park — final matçının keçirildiyi stadion. "Liverpul" final matçına artıq 2000–01 mövsümü üçün iki kubok qazanaraq gəlmişdi. Onların ilk mükafatı, fevral ayında "Birminhem Siti" üzərində 1-1 hesablı bərabərlikdən sonra penaltilər seriyasında 5-4 məğlub etdikdən sonra qazandıqları İngiltərə Liqa Kuboku idi. İkinci mükafat isə İngiltərə Federasiya Kuboku idi ki, burada onlar 2-1 hesablı qələbə qazanmışdılar. Beləcə onlar bu matça üçüncü mükafatı qazanmaq şansı ilə çıxmışdırlar.
"Liverpul" tarixi ərzində üçündü dəfə idi ki, turnirin finalına vəsiqə qazanmışdı. Onlar daha öncə 1973 və 1976-cı illərdə turnirin qalibi olmuşdular. Həmçinin onlar Heyzel faciəsindən sonra avropa miqyaslı turnirlərdə iştirakları qadağan olunandan sonra ilk dəfə yenidən mötəbər turnirin finalına çıxırdılar. Digər tərəfdən isə "Alaves" tarixində ilk dəfə avropa miqyaslı turnirin finalında iştirak edirdi. Bundan əlavə diqqət çəkən məqam odur ki, klub 11 il öncə İspaniyanın dördüncü divizionunda çıxış edirdi. Bu onların ümumiyyətlə avropa turnirlərində ilk çıxışı idi. Avropada ilk çıxışına görə "Alaves" xüsusi olaraq çəhrayı rəngli formalar sifariş etmişdir.
"Liverpul" matça 4–4–2 düzülüşü ilə başlayıb. Dörd gün öncə oynanılmış İngiltərə Federasiya Kubokunun final matçındakı heyətlə müqayisədə yeganə fərq, Vladimir Şmitserin əvəzinə Qari Makallisterin oynaması idi. İngiltərə Federasiya Kubokunun final matçının iştirak ərizəsində adı olmayan Robbi Fauler bu dəfə ehtiyat oyunçular skamyasında idi. Hücum xəttində Emili Heski və Maykl Ouen ikilisi var idi. "Alaves" matça müdafiədə Kosmin Kontra, Dan Eggen, Antonio Karmona, Oskar Tellez və Delfí Qeli olmaqla 5–3–2 düzülüşü ilə başladı. Hücum xəttində Xavi Moreno çıxış edirdi, ona cinahlardan Martín Astudillo və Xordi Kroyf kömək etməli idi.
Birinci hissə Start fitindən sonra topu oyuna "Liverpul" komandası daxil etdi. Artıq dördüncü dəqiqədə "Mersisaydlar" hesabda önə keçdilər. Qari Makallisterin cərimə zərbəsindən ötürdüyü topu Markus Babbel qapıdan keçirdi. Bir neçə dəqiqə sonra isə onlar üstünlüklərini artırmağa yaxın idilər, lakin Emili Heskinin zərbəsini "Alaves"in qapıçısı Martin Herrera ayaqları ilə geri qaytardı. İki dəqiqə sonra Martin Astudillo sarı kartla cəzalandırıldı, az sonra isə Qari Makallister də kobudluğa görə sarı kartla cəzalandırıldı. "Alaves"in ilk qol şansı 12-ci dəqiqədə baş tutdu. Onlar "Liverpul"un cərimə meydançası yaxınlığından cərimə zərbəsi vurmaq imkanı qazandılar. Oskar Tellez "Liverpul"un qapısına doğru zərbə vursa da qapıçı Sander Vesterveld topu geri qaytardı. Üç dəqiqə sonra Maykl Ouen Ditmar Hamannın ötürdüyü topu qəbul edərək onu Stiven Cerrarda ötürdü, sonuncu isə dəqiq oynayaraq hesabı 2-0 etdi.
Bir neçə dəqiqə sonra "Alaves"in heyətində ilk əvəzetmə baş tutdu — İvan Alonso Den Eggeni əvəzlədi. Əvəzetmə 4 dəqiqə sonra öz nəticəsini verdi və "Alaves" hesab arasındakı fərqi azaltdı. Kosmin Kontranın cərimə meydançasının içərisinə ötürdüyü hava topunu Alonso başla qapıdan keçirdi. Dərhal sonra "Alaves" təzyiqi artırdı və Kontranın cərimə meydançasına ötürdüyü topu Hençoz zərərsizləşdirdi. 35-ci dəqiqədə "Alaves" yenidən qola yaxın oldu. Bu dəfə Alonsonun Xavi Morenaya başla ötürdüyü topu "Liverpul"un qolkiperi Vesterveld tutdu. Beş dəqiqə sonra "Liverpul" penalti vurmaq hüququ qazandı. Mayk Ouen cərimə meydançasına daxil olarkən qapıçı Herrera onu kobudluqla dayandırdı. Topa yaxınlaşan Qari Makallister "Liverpul"u hesabda 3-1 önə çıxardı.
İkinci hissə thumb|left|200px|alt=A man dressed all in red standing with his hands on his hips and his left foot on a yellow ball|200px|Robbi Fauler, Liverpulun dördüncü qolunun müəllifi.