Uluqbəy Nərimanoviç Xamrayev (; 17 mart 1970, Daşkənd, Özbəkistan SSR, SSRİ) — rus və özbək kinooperatoru. Uşaqlıqda filmlərə çəkilmişdir.

Həyatı Uluqbəy Xamrayev irsən kinematoqrafçıdır. O, SSRİ xalq artisti Rəzzaq Xamrayevin nəvəsidir. 1980-ci illərdə Uluqbəy "Özbəkfilm" kinostudiyasının uşaq filmlərində çəkilib.

Məktəbi bitirdikdən sonra ÜDKİ-nin operatorluq fakültəsində təhsil almışdır. "Özbəkfilm" kinostudiyasında kinooperator kimi çalışmışdır. Reklamlar, musiqili çarxlar və 70 kinofestivalda nümayiş olunaraq mükafatlar qazanmış "Natiq" filmi də daxil olmaqla, bir neçə bədii film çəkib. Hollivudda təcrübə keçib. Təcrübə müddətindən sonra rejissor və prodüser Timur Bekmambetovla reklam və musiqili video sahəsində çalışıb, bəzi hallarda rejissor kimi fəaliyyət göstərib. 2001-ci ildə Bekmambetovun tammetrajlı "Arena" filmində çalışıb. Həmin film Rocer Korbanın prodüseri olduğu Amerika layihəsi idi və çəkilişləri Skandinaviyada aparılmışdı.

Bir müddət sonra Moskvaya köçüb. Reklam, musiqili çarxlar, bədii film və seriallar çəkir.

2015-ci ilin martında "Major" serialına görə Ən yaxşı operator işi nominasiyasında Televiziya kinosu sahəsində Kino və televiziya prodüserlər Assosiasiyasının peşəkar mükafatına layiq görülüb. Uluqbəy Xamrayev 2017-ci ildə Kino və televiziya prodüserlər Assosiasiyası tərəfindən "Major 2" və "Klim" layihələrinə görə yenidən mükafata namizəd olub və "Klim" teleserialında ən yaxşı operator işinə görə assosiasiyanın mükafatına layiq görülüb.

Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Filmdə iştirakı1982 Yad beşlik aktyor1983 107-ci təlimat üzrə çevriliş aktyor1983 Akmalın yeni macəraları aktyor1984 Gündəlik, məktub və birinci sinif şagirdi aktyor1993 Risk ülgücü üzərində operator1994 Sevgi mahnısı operator1995 Ətraf qarla mürgüləyir operator1998 Yeganə xatirə operator1999 Natiq operator2001 Arena operator2004 Amfibiya adam. Dəniz iblisi operator2006 Narıncı səma operator2008 Ən yaxşı film operator2009 Yasaq reallıq operator2010 Çempion üçün ifritə operator2011 Ən yaxşı film 3-DE operator2013 Hələlik sağam operator2014 Bəxti gətirməyənlər operator2014 İdman müəllimi operator2014 Major operator2015 Klim operator2015 Marqarita Nazarova operator2015 Ata evində səhər yeməyi operator2016 Bütün narahatlığı ilə ev satılır operator2016 Major 2 operator2016 Körpü operator2017 Trotski operator

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rusiya kinooperatorları Kateqoriya:Özbəkistan kinooperatorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Daşkənddə doğulanlar Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları