Besarion Ququşvili (; ) — gürcü siyasətçisi, dövlət xadimi və şrift dizayneri, 1991–1992-ci illərdə Gürcüstanın baş naziri olub.

Həyatı Şimali Osetiya MSSR-in Orconikidze şəhərində alim ailəsində anadan olmuşdur. 1967-ci ildə "Şərq ölkələri üzrə ölkəşünaslıq, Türkiyənin tarixi" ixtisası üzrə Tbilisi Dövlət Universitetini bitirmişdir. 1970-ci ildə "İngilis dili və ədəbiyyat" ixtisası üzrə Tbilisi Xarici Dillər İnstitutunun bitirmişdir. 1971-ci ildə iqtisad elmləri namizədi dərəcəsini almışdir. 1973-cü ildən Gürcüstan SSR elmlər Akademiyasının ictimai elmlər üzrə elmi informasiya mərkəzində əvvəlcəiqtisadiyyat şöbəsinin müdiri, sonra elmi işlər mərkəzinin direktor müavinikimi çalışmışdır.

1990-cı ilin dekabrındanGürcüstan SSR mədəniyyət nazirinin müaviniidi, 1991-ci ilin mart ayından isə Gürcüstan Respublikasının dövlət kino korporasiyasının prezidenti olmuşdur.

Ququşvili 1991-ci il avqustun 26-dan etibarən Tengiz Siquanın istefasından sonra baş nazir təyin edilmişdir.Gürcüstanın Baş Naziri təyin edilməsi haqqında qərar . (gürcü dilində) Hərbi çevrilişdən sonra Zviad Qamsaxurdiya ilə birlikdəsürgünəgöndərildi və 1993-cü ildə sentyabr-noyabr aylarında davam edən vətəndaş müharibəsində iştirak etmişdir. Üsyanın məğlubiyyəti və Qamsaxurdiyanın ölümündən sonra Finlandiyaya qaçmışdır və orada siyasi sığınacaq almışdır.Nationmaster Encyclopedia: Gugushvili (ing)

Ququşvili DejaVu şrifti üçün gürcü əlifbasını hazırlayıb. O, həmçinin Nokia Pure şrifti üçün gürcü əlifbasının dizaynında da iştirak edib.

Qeydlər

İstinadlar

Kateqoriya:Gürcüstan baş nazirləri