Litke adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelaqın cənub-şərqində, Salm adasından 3.5 km cənub-şərqdə yerləşir. Salm adasındam Fram boğazı ilə ayrılır.
Ada dairəvi formaya malikdir. Diametri 3 km, sahəsi isə 14 km²-dir. Ərazisinin böyük hissəsini 85 m hündürlüyə malik buzlaq tutur. Şimal-qərbində buzdan azad kiçik bir ərazi vardır.
Ada rus dənizçisi, qütb araşdırmaçısı, coğrafiyaçısı Fyodor Litkenin şərəfinə adlandırılmışdır. İstinadlar
Xəritə Xəritə
Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Frans-İosif Torpağı adaları Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları Kateqoriya:Arxangelsk vilayətinin yaşayış olmayan adaları