() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Yayılması Xəzərin endemik növüdür. Azərbaycan sahillərində Yalamadan Abşerona qədər və Küryanı rayonlarda azsaylıdır.
Morfoloji əlamətləri D IV, 18-9, A I 7-8 (9)-dur.Bədəni gödəkdir, ön hissəsi enli və yoğundur.Burnu girdədir.Başı öndən basıqdır. Başın üst tərəfində, gözlərin arasında və peysərdə novşəkilli çökəklik var. Başın alt tərəfində dəri bığcıq var. Ağzın künclərindən arxada dəri qırış zəif inkişaf etmişdir. Bədənin ön və başın üst hissəsi xırda, yastı sümük lövhəciklərlə sıx örtülmüşdür. Belində və böyürlərində üç qonurumtul-qara xal vardır. Dişilərdə qarın üzgəci anus üzgəcinə çatmır, erkəklərində isə çatır. Bundan başqa dişilərdə anus üzgəcinin birinci iki şüaları əyilmiş olur. Uzunluğu 95 mm-ə qədər olur.
Yaşayış yeri və həyat tərzi Xəzər dənizinin orta və cənub hissələrində yayılmışdır. Dənizin 2 m-dən 200 m-ə qədər dərinliyində yaşayır.
Çoxalması Kürüləmə mart və aprel ayında baş verir. Çoxalması ətraflı örgənilməyib.
Təsərrüfat əhəmiyyəti Vətəgə əhəmiyyəti yoxdur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1877-ci ildə təsvir edilən balıqlar Kateqoriya:Azərbaycan balıqları Kateqoriya:Rusiya balıqları Kateqoriya:Xəzər dənizi balıqları Kateqoriya:Avropa balıqları Kateqoriya:Xəzər dənizinin endemik faunası Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər