Devid Emil Andersen - (; ) 23 iyun 1980-cı ildə Melburnda anadan olmuşdur. Avstraliyanın "Melburn Yunayted" və Avstraliya komandasında çıxış edən peşəkar Avstraliya basketbolçusu. Mərkəz və ağır forvard mövqeyində oynayır. "Virtus" (2001) və "OMİK" Moskva (2006, 2008) komandalarının tərkibində üç qat Avropa çempionatının qalibidir. O, eyni zamanda Danimarka vətəndaşıdır.
Tərcümeyi-halı Devid Andersen Avstraliya idman institutunu bitirmişdir. O, 1998-ci ildə ilk dəfə "Vullonqonq Xoks" klubu ilə müqavilə imzalamış və həmin komandanın tərkibində Avstraliyanın Milli basketbol liqasında bir mövsüm oynamışdır. 1999-cu ildə Andersen Avropaya getmiş və İtaliyanın "Virtus" komandasında çıxış etmişdir.
2001-ci ildə o, "Virtus" komandasının tərkibində ilk dəfə basketbol üzrə Avropa çempionatının qalibi olmuşdur. 2003-2004-cü il mövsümündə "Siena" komandasının tərkibində oynamışdır.
2004-cü ildə Moskvanın "OMİK" komandasının tərkibinə keçmiş, bu komandada oynadığı 4 mövsümdə o, Avropa basketbolunun ən yaxşı mərkəz hücumçusu şöhrətini qazanmışdır. 2005-ci ildə "OMİK" basketbol klubuna Bolonyada Andersenlə birlikdə işləmiş İtaliyalı məşqçi Ettope Messina rəhbərlik etmişdir. Onun rəhbərliyi altında Devid daha 2 dəfə: 2006-cı və 2008-ci illərdə basketbol üzrə Avropa çempionatının qalibi olmuşdur. 2008-ci ildə Devid Andersen "Barselona" basketbol komandasına keçmiş və o, bu komandanın tərkibində çıxış edən ilk Avstraliyalı basketbolçu olmuşdur.
14 iyul 2009-cu ildə "Xyuston Pokets" basketbol klubu Andersen üçün "Atlanta" komandasına 2 mln. dollar ödəmişdir.Rockets Acquire Rights to David Andersen . Jason Friedman. Houston Rockets. NBA.com. 14 июля 2009 Klub həmçinin Devid Andersenlə 2 il müddətinə müqavilə imzalamaq üçün "Barselona" klubuna 500 min dollar ödəmişdir.Rockets Reach Agreement with Andersen число=05|месяц=09|год=2013|url=http://www.myfoxhouston.com/dpp/sports/nba/090717_rockets_sign_andersen|id=20090719}}. Mark Berman. MyFox Houston. 17 июля 2009 NBA-da özünün debut mövsümündə Andersen 63 oyun keçirmiş və orta hesabla 5,8 xal toplamışdır.
28 iyul 2010-cu ildə "Xyuston Pokets" basketbol klubu Anderseni "Toronto Reptors" klubuna vermişdir.Raptors Acquire Andersen From Houston . Toronto Raptors. NBA.com. 28 июля 2010 20 noyabr 2010-cu ildə Andersen Carret Ceklə birlikdə Çerrid Beylessin və Predraq Stoyakoviçlə əvəz olunaraq "Nyu-Orlean Xornets" basketbol komandasının tərkibinə keçmişdir.Hornets acquire Jack, Andersen and Banks from Raptors . New Orleans Hornets. NBA.com. 20 ноября 2010
2011-ci ilin iyun ayında Devid İtaliyanın "Siena" basketbol komandasına qayıtmışdır.Дэвид Андерсен возвращается в "Сиену" . Sports.ru. 22 июня 2011
16 avqust 2012-ci ildə "Fənərbaxça Ülker" komandası ilə müqavilə imzalamışdır.
Avstraliya yığmasının tərkibində Andersen 1998-ci ildən Avstraliya yığmasının tərkibində çıxış edir. Əvvəlcə o, 18 yaşadək gənclər arasında dünya çempionatında iştirak etmişdir. Devid Andersen Avstraliya yığmasının tərkibində 2004-cü ildə keçirilən yay Olimpiya oyunlarında (9-cu yer) və 2008-ci ildə keçirilən yay Olimpiya oyunlarında (7-ci yer) çıxış etmişdir.
Çıxış etdiyi komandalar Avstraliya, Vullonqonq Xoks (basketbol klubu), (1998–1999) İtaliya, Virtus (basketbol klubu, Bolonya) (1999–2003) İtaliya, Siena (basketbol klubu) (2003–2004) Rusiya, OMİK (basketbol klubu, Moskva) (2004–2008) İspaniya, Barselona (basketbol klubu) (2008–2009) ABŞ, Xyuston Rokets (basketbol klubu) (2009–2010) Kanada, Toronto Reptors (basketbol klubu) (2010) ABŞ, Nyu-Orlean Xornets (basketbol klubu) (2010–2011) İtaliya, Siena (basketbol klubu) (2011–2012) Türkiyə, Fənərbaxça Ülker (basketbol klubu) (2012–2013) Fransa, Strasburq (basketbol klubu) (2014) Fransa, Villerban (basketbol klubu) (2014–2016) Avstraliya, Melburn Yunayted (basketbol klubu) (2016–2017) Fransa, Villerban (basketbol klubu) (2017-ci ildən)
Təltifləri Basketbol üzrə Avropa çempionu (2001, 2006, 2008) Avropa çempionatının bütün ulduzlarının I yığması (2005) Basketbol üzrə İtaliya çempionu (2001, 2004, 2012) Basketbol üzrə Rusiya çempionu (2005, 2007, 2008) Basketbol üzrə İspaniya çempionu (2009) Basketbol üzrə Fransa çempionu (2016) Basketbol üzrə Rusiya kubokunun qalibi (2005–2007) İtaliya kubokunun qalibi (2012) Türkiyə kubokunun qalibi (2013)
Xarici keçid Официальный сайт Дэвида Андерсена Профиль на сайте БК "Барселона" Профиль на сайте Евролиги Профиль на сайте чемпионата мира 2010
İstinad Kateqoriya:Əlifba sırasına görə basketbolçular Kateqoriya:Avstraliya basketbolçuları Kateqoriya:Vullonqonq Xoks BK basketbolçuları Kateqoriya:Virtus BK basketbolçuları Kateqoriya:Siena BK basketbolçuları Kateqoriya:Toronto Reptors basketbolçuları Kateqoriya:Hyuston Rokets basketbolçuları Kateqoriya:Nyu-Orlean Pelikans basketbolçuları
Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında basketbolçular Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında basketbolçular Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında basketbolçular