Ayı adası — Yeni Torpaq arxipelaqına daxil olan kiçik ada. Ada BArens dənizinin bir hissəsi olan Mityuşex körfəzinin mərkəzinndə yerləşir. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Ada üçbucaq formasına malikdir. Maksimal hündürlüyü 8 metrdir. Ətrafında qabarmanın hündürlüyü 1 metrdir. Arktika iqlimi zonasında yerləşməsi səbəbindən kasad bitki örtüyünə malikdir. Adada göl və çay yoxdur. Ayı adasından bir qədər şimal-qərbdə Qaqaçiy adası yerləşir.

İstinadlar

Xarici keçidlər Xəritə

Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Yeni Torpaq arxipelaqı adaları Kateqoriya:Barens dənizinin yaşayış olmayan adaları Kateqoriya:Arxangelsk vilayətinin yaşayış olmayan adaları