"Məni öz adınla çağır" () — 2017-ci ildə Andre Asimanın eyni adlı romanı əsasında Ceyms İvorinin ssenarisinə uyğun olaraq Luka Quadanino tərəfindən çəkilmiş romantik dram filmidir. Film, Quadaninonun “İstək” () adlı tematik trilogiyasına daxil olan üçüncü filmdir. Trilogiyanın əvvəlki iki filmi isə “Mən sevgiyəm” (2009) və “Böyük qığılcım” (2015) adlanır. Hadisələrin 1983-cü ildə Şimali İtaliyada cərəyan etdiyi “Məni öz adınla çağır” filmində 17 yaşlı Elio (Timoti Şalame) və ABŞ-dən olan aspirant Oliver (Armi Hammer) arasındakı romantik münasibətdən bəhs edilir. Filmdə həmçinin Maykl Stalberq, Amira Kazar, Ester Qarrel və Viktuar Du Boys rol almışlar.
“Məni öz adınla çağır” filmi üzərində işlərə 2007-ci ildə, prodüserlər Piter Spirs və Hovard Rozenmanın Asimanın romanının ekranlaşdırılması hüququnu almalarından sonra başlanılmışdır. İvori film üzərində birgə işləməyə razılaşmış, həm ssenari yazmış, həm də prodüserlik etmişdir. Yer seçimində məsləhətçi kimi layihəyə qoşulmuş Quadanino isə nəticədə hm prodüser kimi layihyə töhvəsini vermiş, həm də rejissor kürsüsünə əyləşmişdir. Film, müxtəlif beynəlxalq şirkətlər tərəfindən maliyyələşdirilmiş, əsas çəkilişlər isə 2016-cı ilin may-iyun aylarında İtaliyanın Krema şəhərində həyata keçirilmişdir. Operator Sayombhu Mukdiprom filmi 35-mm-lik lentə çəkmişdir.
Sony Pictures Classics tərəfindən dünya premyerası keçirilməmişdən əvvəl film, 22 yanvar 2017-ci ildə Sandens Film Festivalında təqdim edilmişdir. Filmin kinoteatr çıxışı Birləşmiş Krallıqda 27 oktyabr 2017, ABŞ-də isə 24 noyabr 2017-ci ildə baş tutmuşdur. Film tənqidçilər tərəfindən alqışla qarşılanmış, rejissor işi, ssenari və aktyorların ifasına görə təriflənmiş, Amerika Film İnstitutunun Milli Rəy Soveti tərəfindən 2017-ci ilin ən yaxşı 10 filmindən biri elan edilmişdir. 75-ci Qızıl Qlobus mükafatı mərasimində film, Ən yaxşı bədii film – Dram, Şalame Ən yaxşı aktyor – Dram, Hammer Ən yaxşı ikinci plan aktyoru nominasiyalarında mükafata namizəd göstərilmişdir. 24-cü Ekran Aktyorları Gildiyası mükafatı mərasimində Şalame Baş rolda əlmanətdar kişi ifası nominasında mükafata namizəd göstərilmişdir.
90-cı Oskar mükafatı nominasiya mərasimində film Ən yaxşı film, Ən yaxşı aktyor (Şalame), Ən yaxşı uyğunlaşdırılmış ssenari və Ən yaxşı orijinal mahnı (Mystery of Love) nominasiyalarında mükafata namizəd göstərilmişdir.
Məzmunu
On yeddi yaşlı amerikan yəhudi oğlan Elio valideynləri ilə birlikdə İtaliya kəndlərindən birində yaşayır. Onun arxeoloq olan atası 1983-cü ilin yayında ABŞ-də yaşayan yəhudi aspirantlardan birini onlarla birlikdə yaşamaq və akademik işlərdə kömək etmək üçün ,İtaliyaya dəvət edir. İntrospektiv bibliofil və musiqi vunderkindi olan Elionun həyatı Oliverin qayğısız və azad həyatı ilə tərs mütənasibdir. Elio həm də Oliverin qonaq kimi qəbul edildiyi müddətdə yataq otağını ona güzəştə getməyə məcbur edilməsindən narazıdır. Elio bütün yayı kitab oxumaqla və Marzia adlı qızla birlikdə əylənməklə keçirir, Oliver isə yerli qızlardan biri ilə əylənir.
Tezliklə Elio və Oliver birlikdə vaxt keçirməyə başlayırlar, onlar birlikdə üzürlər, uzunmüddətli şəhər gəzintisinə çıxırlar və Elionun atasını arxeoloji qazıntı sayəsində müşayiət edirlər. Elio Marzia ilə cinsi əlaqədə olur və Oliverin reaksiyasını öyrənmək üçün onun yanında bundan bəhs edir, buna baxmayaraq, tədricən Oliver Elio üçün daha cazibədar görünməyə başlayır. Birlikdə poçta getdikləri zaman Elio hissləri haqqında Oliverə etiraf edir, Oliver isə bunun yolverilməz olmasını ona deyir. Bir müddət sonra onlar birlikdə üzdükləri zaman Elio Oliveri öpür. Oliver öpüşə cavab versə də daha irəli getmək istəmir. Növbəti bir neçə gündə onlar tədricən bir-birindən uzaqlaşırlar.
Elio Oliverə məktub yazaraq hisslərindən bəhs edir, Oliver isə cavab məktubunda gecəyarısı görüşməyi təklif edir. Elio bütün günü sevgilisi Marzia ilə keçirsə də Oliver üçün darıxır. Gecəyarısı evin daxili həyətində o, Oliverə yaxınlaşır. Cütlük ilk dəfə sevgi ilə məşğul olur. Növbəti günlərdə onlar daha da yaxınlaşır, bir neçə dəfə cinsi əlaqədə olur və münasibətlərini gizli saxlayırlar. Yataqda olarkən Oliver Elioya deyir: “Məni öz adınla çağır, mən də səni öz adımla çağıracam” (). Onlar həm fiziki, həm də emosional baxımdan daha da yaxınlaşırlar.
Oliverin Amerikaya qayıtmaq vaxtı yaxınlaşdıqca ,cütlük onları gözləyən ayrılıqdan kədər hissi keçirir. Elionun valideynləri onlar arasındakı bağlılığı başa düşərək gənclərə Oliverin səfərindən əvvəl birlikdə Berqamoya səyahət etməyi məsləhət görürlər. Onlar birlikdə bir neçə gün keçirirlər, bundan sonra Oliver ABŞ-yə yola düşür, qəlbi qırılmış Elio isə evə qayıdır. Marzia Elioya onu sevdiyini və heç olmasa dost olmaq istədiyini deyir. Oğlunun ondan uzaqlaşdığını görən atası, Elio ilə danışaraq Oliver ilə olan münasibətlərindən xəbərdar olduğunu bildirir. Atası deyir ki, gəncliyində onun da dostuna qarşı belə hissləri olsa da, irəli addım atmağa cəsarət etməmişdir. O, oğluna bildirir ki, kədərindən zövq almağa çalışsın, çünki, Elio və Oliver kimi hisslərini bölüşən yaxşı insanlara nadir halda rast gəlinir.
Bir neçə ay sonra Hanuka bayramı zamanı Oliver Elionun evinə zəng edir. O, Elioya evlənməyə hazırlaşdığını xəbər verir. Zəngdən sonra Elio bir tərəfə çəkilərək ocağın qabağında oturur. Ev əhlinin bayrama hazırlaşması fonunda hislər paradı Elionu əhatə edir.
Rollarda
Timoti Şalame — Elio Perlman Armi Hammer — Oliver Maykl Stalberq — Cənab Perlman Amira Kazar — Annella Perlman
Ester Qarrel — Marzia Viktuar Du Boys — Çiara Vanda Capriolo — Mafalda Antonio Rimoldi — Ançisi
Elena Buççi — sənət tarixçisi Marko Sqrosso — Niko Andre Asiman — Munir Piter Spirs — İsaak
İstehsal İnkişaf thumb|upright|alt=İvori 1991-ci ilin sentyabrında|Ceyms İvori filmin ssenarisini doqquz ay ərzində yazmışdır. Andre Asimanın debüt romanı olan “Məni öz adınla çağır” əsəri ilə tanış olan ABŞ-dən olan prodüserlər Piter Spirs və Hovard Rozenman əsər nəşr edilməmişdən əvvəl romanın ekranlaşdırılması hüququnu alırlar. Film layihəsinin inkişaf etdirilməsinə başlanmamışdan əvvəl onlar dost olduqları Ceyms İvorini icraçı prodüser kimi işə dəvət edirlər və o dəvəti qəbul edir. Tezliklə Spirs və Rozenman özlərini “inkişaf cəhənnəmi”nin ortasında görürlər, onlar üç fərqli rejissor və ssenaristlə görüşsələr də məsuliyyəti üzərinə götürəcək bir adam tapa bilmirlər, bəzi namizədlər isə daha ödənişli iş yerlərinə görə layihədən imtina edirlər. Yayda İtaliyada çəkilişlərin planlaşdırılması da çətin görünürdü.
Əslən Şimali İtaliyadan olan Luka Quadanino əvvəlcə çəkiliş yerləri seçimində məsləhətçi və “İtaliya tərəfi ilə birlikdə filmi ekranlaşdırmağa” kömək etmək üçün layihəyə cəlb edilmişdi. 2008-ci ildə prodüserlər ona rejissorluğu təklif etsələr də, o, etiraz etmişdi. Heç bir müqavilə imzalanmamasına baxmayaraq, Quadanino prodüser kimi layihədə iştirak edir və İvori ilə birlikdə rejissorluğu öhdəsinə götürməyə razılaşır. İvori təklifi qəbul edir, 2014-cü ildə isə ssenari üzərində işləməyə başladığını təsdiqləyir. Kitabı “keçmişi xatırlayıb itirilmiş şeylərə görə melanxoliya yaşayan Prustsayağı roman” adlandıran Quadanino əsərin uyğunlaşdırılmasında İvori ilə birlikdə iştirak edir, eyni zamanda Volter Fasanonu layihəyə cəlb etməyə çalışır. “Biz İvorinin şəhər kənarında yaşayan evində ssenari üzərində işləməyə başladıq” deyən Quadanino bildirir ki, “Kremada mənim mətbəx stolumun ətrafında çalışmaq, hərdən də Nyu-Yorkda vaxt keçirmək iş yox həzz idi.”
Ssenarini dəstəkləyən Asiman qeyd edir ki, o, “düzgün, [...] real və inandırıcıdır. Bir yazıçı kimi mən öz-özümə dedim ki, vau, onlar kitabdan daha yaxşı yazıblar.” Tamamlanmış ssenarinin olması film üçün maddi dəstəyin qazanılması üçün çox vacib idi. Filmə maddi dəstək ayıranlar arasında “La Cinéfacture” (Fransa), “Frenesy Film Company” (İtaliya, sahibi Quadaninodur), “MYRA Entertainment” (Almaniya), “RT Features” (Braziliya) və “Water's End Productions” (ABŞ) kimi prodüser şirkətləri yer almış, həmçinin film İtaliyanın Mədəni İrs, Fəaliyyət və Turizm Nazirliyi tərəfindən də dəstəklənmişdir. Danışıqlar zamanı filmin büdcəsi $12 milyondan $3.5 milyona kimi endirilmişdir.
İvorinin ssenarisini nəzərdən keçirən Quadanino bir çox çılpaq səhnələri ixtisar etmişdi. O, qeyd edir ki, İvorinin versiyası “daha baha başa gələrdi” və “bazar reallıqları nəzərə alındıqda” həyata keçirilməsi mümkün olmazdı. 2016-cı ildə münaqişədən qaçmaq üçün İvori filmin rejissor kürsüsündən imtina edir və rejissorluq yalnız Quadinonun öhdəsində qalır. “İki rejissorun birlikdə çalışması narahatlıq yaradardı” deyə İvori qeyd edir. “Çəkiliş meydanında fikirlərimizin toqquşması daha çox vaxt aparardı.” Daha sonra isə İvori ssenariyə görə müəllif hüquqlarını Quadaninonun şirkətinə satmışdır. Quadanino filmi dostu Bill Pakston, Spirs və onun 2017-ci ildə vəfat etmiş həyat yoldaşı Brayan Svordstorma həsr etmişdir.
Uyğunlaşdırma 250px|thumb|left|Kitabda hadisələr İtaliyanın Liquriya regionundakı Bordiqera şəhərində (şəkildə Bordiqeranın tarixi mərkəzi) baş versə də, filmdə məkan Quadaninonun yaşadığı Lombardiyaya dəyişdirilmişdir. “Məni öz adınla çağır” Quadaninonun “İstək” () adlı tematik trilogiyasının sonuncu hissəsidir. Trilogiyanın əvvəlki iki filmi isə “Mən sevgiyəm” (2009) və “Böyük qığılcım” (2015) adlanır. Film rejissorun əvvəlki işlərindən tamamilə fərqlənir, belə ki, burada o, işə “qeyri aqressiv” və sadə yanaşma nümayiş etdirir; Quadanino qeyd edir ki, bu, onun çəkdiyi ən sakit filmdir. Ədəbi uyğunlaşdırma olmasına baxmayaraq, filmdə bir çox səhnələr sözsüzdür. “Sözlər baş verən hadisələrin tərkibidir, lakin, hadisələrin baş verməsi üçün onlar vacib deyil. Məncə film bunu qeyd edir” deyə o, qeyd edir. Quadanino filmi “atalara hörmət” kimi qəbul edir, öz atası, o cümlədən onu ilhamlandıran dörd rejissorun – Jan Renuar, Jak Rivett, Erik Romer və Bernardo Bertoluççi — atasına həsr edir.
Quadanino filmi “bilgi ötürən və müxtəlif nəsillərdən olan ailə üzvlərinin birlikdə baxa biləcəyi” ailə filmi kimi təsvir edir. Rejissor “Məni öz adınla çağır”ı heç vaxt “gey filmi” kimi görməmiş, onu “gözəllik, yeni doğulmuş ideyadan törəyən istək, obyektiv və sinik olmayan” əsər kimi təsvir edir, onun “həyat sevgisi hissi”ni əks etdirdiyini bildirir , insanların “hisslərlə həmişə ehtiyyatlı davranmalı, onları gizlətməməli və özündə saxlamamalı” olduğunu vurğulayır. Rejissor bu yaş dövrünə aid olan, seçimlərdən və ya iki sevgilidən birini seçməyə həsr edilmiş əksər filmlərdə gördüyü çatışmazlıqlardan uzaq durmağa çalışır. Fransa rejissoru Moris Pialanın “Sevdiklərimiz naminə” filmindən ilhamlanan Quadanino, filmdə əsas diqqətin antoqonist və ya faciəyə yox iki şəxsin həyat yoluna yönləndirilməsini istəyirdi. Filmdə seksə personajların hərəkət və identikliyinin təqdim edilməsi kimi baxan Quadanino, planlaşdırdığı tonu saxlamaq üçün filmə açıq səhnələr əlavə etməmişdir: “Mən istəyirdim ki, auditoriya ilk növbədə cütlüyün emosional səfərinə şahidlik etsin və sevgi hiss olunsun […] Mənim üçün, başqa bir insan sizi gözəl – işıqlı edir, siz özünüzə qayıdırsız kimi güclü universallığı yaratmaq vacib idi.”
Film mənbə materialından da bir neçə xüsusiyyəti ilə fərqlənir. Kitabda hadisələr Elionun xatirələri kimi əks etdirilsə də, “Məni öz adınla çağır” ssenaristləri hadisələri tamamilə real vaxtda təsvir etmişlər ki, bu da auditoriyanın personajları başa düşməsi üçün “daha effektiv” qərar olmaqla, həm də kitabın məzmununu daha yaxşı əks etdirir. Hadisələrin baş verdiyi yer Bordiqeradan, Lombardiyada Quadaninonun yaşadığı Krema şəhəri ətrafına keçirilmişdir. Romanda hadisələr 1987-ci ildə baş versə də, filmdə hadisələr 1983-cü ilə keçirilmişdir və rejissor bunu ABŞ-də Reyqan, Böyük Britaniyada isə Tetçer hakimiyyətinin Avropada yaratdığı gərginlik mühitindən qaçmaq istəyi ilə izah edir. Cənab Perlmanın peşəsi İvori tərəfindən dəyişdirilərək klassik alimdən “sənət tarixçici/arxeoloq tipi”nə kimi inkişaf etdirilmişdir.