Kostas Mendilor (Konstantinos "Kostas" Feodosopulos, ; ; ) — yunan-avstraliya əsilli aktyor. O, ən çox Polis bölməsi dramında Kenni roluna və "Mişar" film seriyasında Mark Hoffman roluna görə tanınır.

Həyatı Mendilor Melburnda Peloponnesdən yunan imminqrantlarının oğlu olaraq dünyaya gəlmişdir. Kostasın atası – taksi sürücüsü olan Yannis Feodosopulos Tripolisdə anadan olub. Kostasın anası Luiz (qızlıq soyadı ilə Mendilaris) Kalamatalıdır. Öz soyadı çox uzun olduğundan anasının qızlıq soyadını özləşdirərək götürmüşdür. O, Sent-Kildada və Cənubi Melburnda böyüyüb. Mendilor ABŞ-yə, aktyorluq dərsi aldığı yerə 1987-ci ildə köçüb. Oraya yeni köçəndə işə ehtiyacı var idi və heç bir iş tapa bilməmişdi.

Karyerası thumb|200px|Kostas "Mişar 3D" filminin premyerasında (soldakı Şouni Smit) Mendilorun ilk əsas rolu 1989-cu ildə Auşvitz həbs düşərgəsində çəkilən Zəfər ruhu filmində avropalı yəhudi Avram Arux roludur. O, rejissor Oliver Stoun ilə görüşmək üçün Los-Ancelesə qayıtdı və müəyyən danışıqlardan sonra 1991-ci ildə çəkilən Dorz filmində italyan rolunu qəbul etdi. Mendilor Qanqsterlər filmində amerikan mafiyası bossu Frenk Kostello rolu ilə baş rolda oynamışdır. Özünü bu rola zehni olaraq hazırlayırdı. Los Angeles Times qəzetinə demişdir:

1992-ci ildə o, CBS-də yayımlanan televiziya dramı "Polis bölməsi"ndə 1996-cı ildə bitənə qədər zabit Kenni Lakos rolunu aparmışdır. Mendilor həmçinin "Mişar" film seriyasında baş rolda — Detektiv Mark Hoffman rolunda çəkilmişdir və bu ən uğurlu rollarından biri olmuşdur.

Şəxsi həyatı Kostas medial tibbi stress sindromuna qədər Avropada peşəkar futbol oynamışdır. 1991-ci ildə o, "Dünyanın ən gözəl 50 adamı" siyahısına daxil oldu. Mendilor 1997-ci ilin mayında Talisa Soto ilə evləndi; onlar 2000-ci ildə boşandılar. Kostas 2013-cü ilin payızında Viktoriya Ramos ilə evləndi. Onun qardaşı Luis Mendilor da aktyordur.

Filmoqrafiya

Kostas Mendilor Mark Hoffman rolunda|thumb|180x180px

Film

Seriallar 20pxBu alt bölmədə iş gedir… Aşağıdakı cədvəldə Mendilorun 1992-ci ildən bəri çəkildiyi serialların siyahısı var: İlAfişa Başlıq Rol Qeydlər 1992–199620pxiş gedir… Polis bölməsi Kenni Lakos 83 bölüm199320pxiş gedir…Sklepdən nağıllar"Yarımçıq dəhşət" bölümü199520pxiş gedir…Mənə görə sarsılPol BlankenşipTV filmi200120pxiş gedir…Detektiv Neş BricesVinsent Korell"Borca götürülən" bölümü2004–200620pxiş gedir…Yeddinci cənnətGözəl pivəçi5 bölüm

Həmçinin bax Kostas Mendilorun filmoqrafiyası Zəfər ruhu

İstinadlar

Kateqoriya:Yaşayan insanlar Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Avstraliyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:Avstraliya film aktyorları