Laplandiyalı qonaq tammetrajlı musiqili televiziya film-tamaşası rejissor Faiq Kərimoğlu tərəfindən 2009-cu ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Bakıdakı mədəniyyət saraylarının birində fərqli Yeni il şənliyi keçirmək qərara alınır. Bunun üçün Santa-Klausu Laplandiyadan Azərbaycana gətirmək təklif olunur. Əsas rolları Səyavuş Aslan, Yasin Qarayev, Sabir Məmmədov, Tofiq Hüseynov, İlham Binəli və Naibə Allahverdiyeva ifa edirlər.

Məzmun Bakıdakı mədəniyyət saraylarının birində fərqli Yeni il şənliyi keçirmək qərara alınır. Bunun üçün Santa-Klausu Laplandiyadan Azərbaycana gətirmək təklif olunur. Amma onu cənuba gətirmək elə də asan başa gəlmir. Santa-Klaus bir qrup mədəniyyət işçisindən Azərbaycandan gəldiklərini sübut etmək üçün muğam oxumağı tələb edir.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Faiq Hüsiyev, Hafiz İmamnəzərli Rejissor: Faiq Kərimoğlu Operator: Tanrıverdi Tanrıverdiyev, Rüfət Kərimov, Vüsal Əliyev, Sirac Abışov Montaj: Feyzulla Abdullayev, Rәşid İslamov Prodüser: Tural Məmmədov

Rollarda Səyavuş Aslan Yasin Qarayev Sabir Məmmədov Tofiq Hüseynov İlham Binəli Naibə Allahverdiyeva İlahə Səfərova Həcər Ağayeva Növrəstə Haşımova Aslan Şirin Rövşən Kərimduxt

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2009-cu ilin Azərbaycan filmləri 2000-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:2009-cu ilin filmləri Kateqoriya:2009-cu ilin Azərbaycan filmləri