Rasim Cəfər oğlu Şərifov () — İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı (1992"Şərifovun İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və M. B. Süleymanovun həmin vəzifədən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 may 1992-ci il tarixli 791 nömrəli Fərmanı. e-qanun.az-1993"V. N. Rəhimovun İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və R. C. Şərifovun həmin vəzifədən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 avqust 1993-cü il tarixli 727 nömrəli Fərmanı. e-qanun.az)
Həyatı Əslən haputlu olan Rasim Şərifov 1955-ci il noyabrın 10-da İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuşdur.
1973-cü ildə Hacıhətəmli kənd orta məktəbini əla qiymətlərlə, 1977-ci ildə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
İlk əmək fəaliyyətinə doğma kənd məktəbində dil-ədəbiyyat müəllimi kimi başlamış, 1980–1984-cü illərdə həmin kənddəki Kuybışev adına sovxoz komsomol komitəsinin katibi seçilib. 1984-cü ilin may ayında İsmayıllı rayon komsomol komitəsinin ikinci katibi seçilmişdir. 1986-cı ildə o, rayon partiya komitəsinin təşkilat komitəsinin təlimatçısı vəzifəsinə irəli çəkilib. 1988-ci ilin avqust ayında Hacıhətəmli kənd orta məktəbinin direktoru təyin edilmişdir.
Rasim Şərifov smayıllı rayon Xalq Cəbhəsinin rəhbəri kimi olmuşdur.
Rasim Şərifov 27 may 1992-ci ildə İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilmiş, 20 avqust 1993-cü ildə isə həmin vəzifədən azad edilmişdir.
1993–1998-ci illərdə ictimai-siyası fəaliyyətlə məşğul olmuşdur. 1998-ci ilin mart ayından "Olaylar" ekoloji araşdırmalar mərkəzinin direktoru, 2004-cü ildən "Ulu Xudafərin" jurnalının baş redaktoru işləmişdir. Milli Vəhdət Partiyasının üzvü, partiyanın icra aparatının rəhbəri olmuşdur. 1995, 2000 və 2005-ci illərdə Milli Məclisə seçkilərdə deputatlığa namizəd olmuşdur.
Rasim Şərifov uzun sürən xəstəlikdən sonra 12 yanvar 2018-ci ildə vəfat etmişdirİsmayıllının sabiq icra başçısı vəfat edib. report.az, 12.01.2018.
Ailəsi Ailəlidir, 3 övladı var.
İstinadlar
Kateqoriya:İsmayıllı Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Haputlular Kateqoriya:Xəstəliklərdən vəfat edənlər Kateqoriya:Milli Vəhdət Partiyasının üzvləri