Çaçıqlı qayaüstü təsvirləri Bu təsvirlər Ordubad rayonun Tivi kəndi ərazisində qeydə alınmışdır. Onlar Gəmiqaya petroqliflərində olduğu kimi insan, heyvan təsvirlərinə, astral rəsmlərə bölünürlər. Təsvirlər döymə və cızma üsulu ilə çəkilmişdir. heyvan təsvirləri keçi, maral, canavar və digər rəsmlərdən ibarətdir. Onların əksəriyyəti keçi təsvirlərindən ibarətdir. Qayaüstü təsvirlərin bir çoxu nisbətən sadə çəkilmişdir. Bəziləri isə müxtəlif işarələrlə, damğalarla birlikdə verilmişdir. Aşkar olunmuş belə qayaüstü rəsmlərdən birində döymə üsulu ilə dağ keçisi və tısbağa təsvir olunaraq insanların dini-ideoloji görüşləri, mifik düşüncə tərzi ilə bağlı müəyyən kompozisiya əks eolunmuşdur.insan təsvirlərindən bir qismi təklikdə çəkilmişdir, bəziləri isə heyvan və astral rəsmləri ilə birlikdə verilmişdir. Təsvirlərdən birində cızma üsulu ilə qabaqda keçi, onun arxasında əlində dəyənək tutmuş insan hərəkət vəziyyətində verilmişdir. Təsvirlərdə qədim türk mədəniyyətinə aid elementlərin geniş yayılması Naxçıvanın tarixən prototür mədəniyyətinin əsas mərkəzlərindən biri olmasını, bu ərazidə türk etnoslarının yaşadığını sübut edir. Qayaüstü təsvirlər e.ə II–I minilliklərə aiddirXəlilov T. F. Son Tunc-Erkən Dəmir dövründə Naxçıvanın əkinçi-maldar tayfalarının mədəniyyəti. Bakı: Elm və Təhsil, 2013, 200 s..Xəlilov T. F. Yuxarı Gilançay vadisindən tapılan yeni qayaüstü təsvirlər, Azərbaycan arxeologiyası və etnoqrafiyası, Bakı, Nafta-Press, 2008,№ 2s. 54–62

İstinadlar

Kateqoriya:Ordubad rayonunun abidələri Kateqoriya:Petroqliflər Kateqoriya:Təsviri incəsənət