Pietro Pelleqri (17 mart 2001-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və İtaliya U-17 milli komandasında hücumçu kimi çıxış edən peşəkar İtaliya futbolçusu. Genoa klubu ilə 15 yaşında debüt edən Pelleqri Seriya A-da debüt edən ən gənc (Amadeo Amadey ilə birlikdə) futbolçudur.
Klub karyerası
Genoa Pelleqri Genoa akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 22 dekabr 2016-cı ildə Torino klubuna qarşı Seriya A görüşündə etmişdir. O, 88-ci dəqiqədə Tomas Rinkonu əvəz etmiş və həmin görüşdə komandası rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur. Meydana 15 yaş və 280 günlüyündə daxil olan Pelleqri Amadeo Amadey ilə birlikdə ən gənc Seriya A debütantı rekordunu yeniləmişdir. O, karyerasında ilk qolunu 28 may 2017-ci ildə Roma klubuna qarşı oyunda vurmuş və komandası 3-2 hesabı ilə məğlub olmuşdur. O, 21-ci əsrdə anadan olanlar arasında Seriya A-da qol vuran ilk futbolçu kimi tarixə düşmüşdür.
17 sentyabr 2017-ci ildə Pelleqri Latsio klubu ilə görüşdə dublla yadda qalmış və komandası 3-2 hesabı ilə məğlub olmuşdur. O, əsas Avropa liqalarında dublla yadda qalan ilk 16 yaşlı futbolçu kimi tarixə düşmüşdür.
Monako 27 yanvar 2018-ci ildə Pelleqri €25 milyon qarşılığında Monako klubu ilə müqavilə imzalamışdır.
Milli karyerası Pelleqri İtaliya U-17 millisi ilə 2017 UEFA Avropa U-17 Çempionatında iştirak etmiş və turnirdə 1 qolla yadda qalmışdır.
Karyera statistikası
KlubMövsümLiqaİtaliya KubokuAvropaDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolGenoa2016–17Serie A3100——312017–186210——72Ümumi karyera93100000103
Şəxsi həyatı Pelleqri Genoa klubunun köməkçi məşqçisi Marko Pelleqrinin oğludur. 2017-ci ilin sentyabr ayında Pelleqri Mediaset Premiuma müsahibəsində bildirmişdir ki, Zlatan İbrahimoviç onun ideyalıdır və o, dünyanın ən yaxşı hücumçusudur.
İstinadlar
Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:Monako FK futbolçuları Kateqoriya:Cenoa FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:Legioner İtaliya futbolçuları Kateqoriya:Empoli FK futbolçuları Kateqoriya:Torino FK futbolçuları Kateqoriya:Milli Çempionat 2 (Fransa) futbolçuları Kateqoriya:İtaliya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İtaliya şəxsləri