Bədxahlar ()— Skot Kuperin filmi XIX əsrin sonlarında ağdərililərlə yerli amerikalılar arasında irqi ədavət və barış mövzusundadır. Ağdərililər və yerli amerikalılar arasında savaşlardan illər sonra ordu kapitanı Cozef Blokerə vaxtikən qatı düşməni olan "Sarı Şahinlər" ordusunun başçısı, hazırda isə ölməsinə az qalmış Şayeni Nyu-Meksikadan Montanaya qədər müşayiət etmək əmr olunur. Belə bir siyasi qərara Vaşinqtonda ABŞ ordusunun yerli amerikalılara qarşı qəddar münasibəti ilə bağlı mətbuatda çıxan xəbərlərdən sonra gəlinir.
Yerli amerikalılara qarşı amansız hücumları ilə tanınan ABŞ ordusunun kapitanı obrazını canlandıran Cozef Bloker haqqında Kristian Bey vurğulayır: "Burada dəhşət elementi mövcuddur. Ətrafın gözəlliyinə, eyni zamanda Amerikanın bu gözəl mənzərəsində baş verən dəhşətlərə baxanda mənim oynadığım surət özünü həbsxanadakı kimi hiss edir. O, bu torpaqda çox sayda dostunu itirib".
"Bədxahlar" filmində fərqli mənşədən olan insanların metaforik və fiziki aspektləri göstərilir. Məsələn, Komançilər tərəfindən hücuma məruz qalaraq, ailəsini itirən ağdərili gənc ana, və ya öz qəddarlıqları üzündən ağlını itirmiş əsgər. Bununla belə, filmin əsas diqqət mərkəzi iki qatı düşmən, Kapitan Bloker və aktyor Ves Stadinin oynadığı "Sarı Şahinlər"in başçısının tədricən yaxınlaşmasına yönəlir.
İstinadlar
Həmçinin bax ABŞ filmlərinin siyahısı
Xarici keçidlər
Kateqoriya:2017-ci ilin filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:2017-ci ilin ABŞ filmləri Kateqoriya:Kolorado haqqında filmlər Kateqoriya:Nyu-Meksiko haqqında filmlər Kateqoriya:Montana haqqında filmlər Kateqoriya:1890-cı illər haqqında filmlər Kateqoriya:Amerikanın yerli əhalisi haqqında filmlər Kateqoriya:İngilis dilində vestern filmləri Kateqoriya:2017-ci ilin dram filmləri Kateqoriya:ABŞ-nin macəra filmləri Kateqoriya:ABŞ-nin vestern filmləri Kateqoriya:ABŞ-nin tarixi dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:ABŞ Ordusu haqqında filmlər Kateqoriya:2017-ci ilin ingilis dilli filmləri Kateqoriya:Nyu-Meksikoda çəkilən filmlər Kateqoriya:Müstəqil ABŞ filmləri