() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
Status Azərbaycanda sayı azalan nadir, köçəri növdür.
Yayılması Köçmə zamanı Xəzərin sahilində və respublikanın başqa aran rayonlarında təsadüf edilir. Dunay çayının aşağı axarında, Qazaxıstanın şimalında və Sibirin cənub-qərbində yuvalayır. Afrikada və başqa isti ölkələrdə qışlayır.
Yaşayış yeri Açıq sahələrdə yaşayır. Xam torpaqların istifadə edilməsi çöl qartalının yaşayış yerlərini azaldır.
Təbiətdə sayı Dəqiq məlumat yoxdur. Adətən 250 – 300 km məsafədə 2 - 3 çöl qartalına təsadüf olunur.
Çoxalması Azərbaycanda yuvalamır.
Rəqibi, düşməni, xəstəliyi Məlum deyil.
Sayının dəyişilmə səbəbləri Uzun müddət insan tərəfindən təqib edilməsi, xam torpaqların əkin sahələrinə çevrilməsi, gəmiricilərə qarşı kimyəvi mübarizə üsulunun tətbiq edilməsi çöl qartalının sayını azaldır.
Qorunması üçün zəruri tədbirlər Növün qorunmasını daha geniş təbliğ etmək, köçmə zamanı gəmiricilərə qarşı kimyəvi mübarizəni məhdudlaşdırmaq lazımdır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:İran quşları Kateqoriya:1833-cü ildə təsvir edilən quşlar Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Afrika quşları Kateqoriya:Azərbaycan quşları Kateqoriya:Banqladeş quşları Kateqoriya:Beynəlxalq Qırmızı Kitab Kateqoriya:Çin quşları Kateqoriya:Hindistan quşları Kateqoriya:Nepal quşları Kateqoriya:Pakistan quşları Kateqoriya:Palearktik fauna Kateqoriya:Qazaxıstanın dövlət rəmzləri Kateqoriya:Qırğılar (yarımfəsilə) Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Rusiya quşları Kateqoriya:Türkiyə quşları Kateqoriya:25–29 ID olan Taksonbar