ABŞ mətbəxi () və ya amerikan mətbəxi () — ABŞ-də müxtəlif yemək üslublar. Dünyanın müxtəlif hissələrindən mədəniyyət, irq və dinlərin qarışığı Amerika mətbəxinin müxtəlifliyini asanlıqla izah edir.
Bir çox millətlərin mətbəxi Amerika mətbəxinin zənginliyi Hindililər, Afrikalılar, və həmçinin Avropa və Asiya immiqrantların tə’siri nəticəsində formalaşıb. Müxtəlif regionlarda məskən salan etnik qruplar aşpazlıq mədəniyyətinə tə’sir göstəriblər. Əlavə olaraq, ölkənin böyük ərazisi də Amerika mətbəxinin müxtəlifliyinin səbəblərindən biridir.
Fəstfud thumb|200x200px|Hamburger Şübhəsiz, fastfud; anlayışı birbaşa Amerika mətbəxi ilə asosiassiya edilir. Fastfud dedikdə, dərhal ən populyar Amerikan yeməkləri olan hot-doq, hamburgerNancy Ross Ryan (February 6, 1989). Great American food chronicles: the hamburger. (restaurant marketing) . Restaurants & Institutions. Reed Business Information, Inc. (US). yada düşür. Bu yeməklər hal hazırda bütün dünyada çox populyardır və onları dünya ölkələrin əksəriyyətində dadmaq olar. Amerika mətbəxi ən çox fast fud ilə əlaqələndirilir. Fast fud adətən bayırda nahar zamanı tez tələsik yeyilən çox kalorili və o qədər sağlam olmayan qida deməkdir.
Süfrədə tərəvəzlər Ənənəvi şorbalar, kekslər, marinadlar və yaxud tərəvəz və meyvə tərkibli salatlar Amerikan mətbəxinin ayrılmaz tərkib hissəsidir. Şirin qarğıdalı və balqabaq kimi qidalı tərəvəzlərin vacibliyini nəzərdən qaçırmamalıyıq. Qarğıdalı müxtəlif şəkildə süfrəyə verilir. Yağ və duzla verilən bişmiş qarğıdalı, popkorn, və ya korn doqs — üzərində qarğıdalı xəmiri olan yaxşı qızardılmış sosiskalar ən populyar yeməklərdəndir. Balqabaq burada həmçinin xüsusi tərəvəz sayılır. O, əsasən 31 oktyabr tarixində qeyd olunan Xelouinlə əlaqələndirilir. Xelouin zamanı bütün Amerika rəngini narıncı rəngə dəyişir, və evləri lampa şəklində bəzəyən içi oyulmuş bu tərəvəzin yanından keçmək qeyri-mümkün olur. Ən populyar yeməklər balqabaq şorbası və balqabaq piroqudur.
Amerikan ənənəsi thumb|250x250px|Valdorf salatı Şükran günündə süfrəyə verilən içi doldurulmuş hind quşu, şirin kartof və quşüzümü sousu kimi yeməklər də həmçinin Amerikan mətbəxinin ayrılmaz hissəsidir. Bütün ailə süfrənin arxasında yığılıraraq əldə etdiyi məhsula görə tanrıya dua və şükür edir. Amerikada dostlarla görüşmək üçün o qədər səbəb var ki – barbekü, qril qonaqlıqları tez-tez təşkil olunur. Bağda qonaqların qəbulu da çox populyardır. Qrildə ətdən və tərəvəzlərdən tutmuş meyvəyə kimi hər şey bişirmək mümkündür. Amerikan barbekü qonaqlığında adətən müxtəlif souslarla verilən qabırğalar və toyuq qanadları istifadə olunur. Amerikan mətbəxində salatlardan da çox istifadə olunur. Kahı ilə Sezar salatı, vineqret, və ya tərəvəzlər və bərk bişirilmiş yumurta ilə Şefin salatı da çox populyardır. Başqa populyar salatların sırasında mayonezli kələm və yerkökü salatı və kərəviz, alma və qozdan hazırlanan Valdorf salatıdır.
Tipik yeməklər və ərzaqlar thumb|200x200px|qrildə bifşteks Amerikan pendiri — kəsmik, yağ və digər süd məhsulları əlavə olunmaqla hazırlanan süd məhsulu (75–95 °C temperaturda hazırlanır); Yerfındığı pastası — yerfındığından hazırlanan pasta; Tako Bagel Bifşteks Barbekü Hamburger Hot-doq Pizza thumb|200x200px|Nyu-Yorksayağı pizza Kartof püresi Vetçina Kobb salatı Sendviç Valdorf salatı Sezar salatı
Şirniyyat thumb|200x200px|Maffin Brauni Ponçik Maffin Çizkeyk Popkorn Keks
İstinadlar
Ədəbiyyat . . . . Fried, Stephen. Appetite for America: How Visionary Businessman Fred Harvey Built a Railroad Hospitality Empire That Civilized the Wild West (Bantam; 2010) . . . .
.
. . . .
Veit, Helen Zoe. Modern Food, Moral Food: Self-Control, Science, and the Rise of Modern American Eating in the Early Twentieth Century (2013) Barber, Katherine, editor (2004). The Canadian Oxford Dictionary, second edition. Toronto, Oxford University Press. . History and origins of the hamburger
Xarici keçidlər
Amerika mətbəxi Кухня США, её происхождение и развитие в контексте истории Америки. Американский взгляд, рус. Key Ingredients: America by Food
Həmçinin bax Amerika mətbəxlərinin siyahısı
Kateqoriya:Qidalar