() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Xarici görünüşü Bədəninin uzunluğu 16-20 sm, kütləsi 80-145 q-a çatır. Gözləri açıq kürən-qonur rəngdə, dimdiyi boz-çəhrayı, ayaqları kürənvarı və ya açıq sarıdır. Üstdən bildirçin paslı-sarı köndələn və uzununa zolaqlı, qonur rəngdədir. Başının rəngi belinə nisbətən daha tünddür. Boğazı paslı-qonur, çinədanı paslı-sarıdır. Gözlərinin üstündən parlaq sarı-qonur, ağzının künclərindən isə kürənvarı zolaq keçir. Rəngində cinsi demorfizm zəif ifadə olunmuşdur.Erkəklərdə qara-qonur xalta vardır.
Çoxalması Poliqamdır, erkək istənilən dişi ilə cütləşir. Erkəklər öz aralarında dişilərin uğrunda döyüşüllər. Cütləşməyə hazırlaşan erkək bütün bədənini dartır, başını qaldırır və geriyə ataraq əvvəlcə sakit "vya-vya" səsi, sonra isə hündür ulartı səsi çıxarır. O torpaqda diametri 7-14, dərinliyi 4-6 sm olan kiçik çuxur qazaraq quru otla döşəyir. Yuva adətən sıx otların arasında yerləşir, üstdən örtüyü olmur. Bir qoyumda noxudu-sarı və ya açıq-qonurumtul rəngdə qonur və ya qara-qonur çilləri olan 8-dən 14-ə qədər yumurta olur. Dişi 18 gün ərzində kürt yatır. Cücələr intensiv böyüyərək 6-cı həftədə ananı tərk edirlər. Sürətli inkişafa və yüksək qayğıya baxmayaraq onların təxminən yarısı yırtıcılardan və köçmə zamanı məhv olur.
Həyat tərzi İstisnasız olaraq yerüstü həyat tərzi keçirir. Bildirçinlərə çəmənlərdə, mədəni səpin tarlalarında, meşə talalarında və subalp çəmənlərində rast gəlmək olur. Müxtəlif otlunəmlənmiş sahələrdə həvəslə yaşayır. Xüsusən cavan fərdlərin yaz-yay rasionunda heyvani qida, daha tez-tez həşəratlar, payızda isə bitki toxumları təşkil edir.
Təsnifatı Adi bildirçin səkkiz yarımnövə bölünür: C. c. africana C. c. confisa C. c. conturbans C. c. coturnix C. c. erlangeri C. c. inopinata C. c. parisii C. c. ragonierii
Şəkillər
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Hindistan quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Afrika quşları Kateqoriya:Avrasiya quşları Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar