Heliotropin (3,4-metilendioksibenzaldehid, piperonal)- heliotrop güllərinin iyini verən rəngsiz kristal maddədir;

Fiziki xassələri Etanolda həll olur, qliserində həll olmur, suda həll olması 0,2%, su buxarı ilə asanlıqla qovulur. Vanil yonqarlarının, heliotrop və yasəmən çiçəklərinin və bəzi efir yağlarının tərkibində vardır.

Kimyəvi xassələri Suyun, işığın, havanın uzunmüddətli təsirindən parçalanır.

Alınması Sənayedə H.-ı safrolu (I) qələvi iştirakında izomerləşdirərək, alınmış izosafrolu xrom qarışığı və ya ozonla oksidləşdirməklə alırlar.

Tətbiqi Heliotropin və onun asetalları ətriyyatda və yeyinti sənayesində ətirli maddələr kimi istifadə olunur.

Mənbə Химическая энциклопедия, М., Изд. "Советская энциклопедия", 1988, т. 1, с. 1004.

Kateqoriya:Aldehidlər