Xromoproteidlər — zülalların rəngli birləşmələrlə əmələ gətirdiyi proteidlərə deyilir. Bunlara hemproteidlər, xlorofilproteidlər, kobamidproteidlər, retinalproteidlər və flavinproteidlər daxildir. "Chroma" sözü yunanca "boyaq" deməkdir.

Hemproteidlər Hemproteidlərə öz bioloji funksiyasına görə ferment olmayanlar hemoqlobin, mioqlobin və ferment olanlar (sitoxromlar, katalaza, peroksidaza) daxildir.

Xromoproteidlərin kimyəvi quruluşu Hemproteidlərdən olan hem dəmir metalı ilə protoporfirinin əmələ gətirdiyi kompleksdir.

thumb|Xromoproteidler 1

Mənbə A. M. Məhərrəmov, M. Ə. Allahverdiyev. "Həyat fəaliyyətinin kimyəvi əsasları", Bakı-2009

Kateqoriya:Kimya