250px|thumb|Ərəb salatı
Ərəb salatı və ya Ərəbistan salatı, ərəb ölkələrinə, ümumilikdə Ərəb mətbəxinə məxsus olan yemək növüdür. Müxtəlif meyvə və ədviyyatların qarışığından ibarət olub, çox vaxt məzə kimi süfrəyə verilir. Ərəb salatları siyahısına Əlcəzair mətbəxindən "Əlcəzair salatı" (Salata Jaza'iriya) və "Qara zeytun və narıngi salatı" (Salatat Zaytoon), Tunis mətbəxindən "Salata Maçviya" (qovrularaq bişirilmiş bibər, pomidor, sarımsaq, soğan, zeytun və tunes balığı), Suriya və Livandan "Artişok salatı" (Salataf Khurshoof) və "Çuğundur salatı" (Salatat Shamandar), Fələstin və İordaniyadan "Avokado salatı" kimi salatlar daxildir.Salloum et al., 1997, p. 56–58. Ərəb dünyasında yeyilən digər məşhur Ərəb salatlarına Fatuş və Tabuli aiddir.Shulman, 2007, p. 128.Wright, 2001, p. 251.
Woman's Day (Qadınlar Günü) jurnalında verilmiş salat reseptinə xırda doğranmış pomidor, xiyar və soğan daxildirWomen's Day Magazine: Arabic Salad . Əksər hallarda salata cəfəri qatılır, yeni sıxılmış limon suyu və zeytun yağı əlavə olunur. Ərəb salatına heç vaxt kahı qatılmır. Soğan istisna olmaqla, ərəb salatlarına qatılan heç bir tərəvəzin qabığı təmizlənmir, hazırlanmış salat dərhal süfrəyə verilir. Salatın yanında süfrəyə ərəb çörəyi pide, eləcə də limon suyu və yağ qarışığına sumax qatılaraq verilə bilir.
Fələstinlilər arasında bu salat Salatat əl-Bundura ("pomidor salatı") adı ilə tanınır və süfrəyə adətən düyü yeməkləri ilə yanaşı verilirArabic Salad Recipe Farsoun, 2004, p. 138..
Ərəb salatına oxşar salatlar Yaxın Şərqdə İran mətbəxinə məxsus Şiraz salatı və türk dünyasında (Türkiyə, Azərbaycan) ənənəvi çoban salatıdır. 350px|thumb|Ərəb salatları
Həmçinin bax Çoban salatı
İstinadlar
Biblioqrafiya
Kateqoriya:Ərəb mətbəxi Kateqoriya:Dünya mətbəxi Kateqoriya:Kulinariya Kateqoriya:Salatlar Kateqoriya:Tərəvəz xörəkləri Kateqoriya:Fələstin mətbəxi Kateqoriya:İordaniya mətbəxi Kateqoriya:İraq mətbəxi Kateqoriya:Livan mətbəxi Kateqoriya:Suriya mətbəxi