Aleksandr Şulginov (1 mart 1998) — Rusiyalı şort-trekçi. Aleksandr Şulginov Rusiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi.

Karyerası Aleksandr Şulginov birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 1500 m məsafəyə şort-trek yarışlarında iştirak etdi. Şulginov 2:19.308 saniyəlik nəticəsi ilə öz cığırında 6-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.

Mənbələr

İstinadlar

Kateqoriya:2018 Qış Olimpiya Oyunlarında şort-trekçilər