Darya Klimina (6 sentyabr 1989) — Qazaxıstanlı biatlonçu. Darya Klimina Qazaxıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi.

Karyerası Darya Klimina birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar 7.5 km məsafəyə sprint yarışlarında iştirak etdi. Klimina 23:47.7 saniyəlik nəticəsi ilə 87 atlet arasında 58-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.

Mənbələr

İstinadlar

Kateqoriya:2018 Qış Olimpiya Oyunlarında biatlonçular