thumb|250px|İri məzə süfrəsi (İordaniya) thumb|250px|Məzə süfrəsi (Kipr)

Məzə (; ; ; ; ; ; ; ; ) Yaxın Şərqdə, Balkanlarda və Mərkəzi Asiyanın bəzi bölgələrində kiçik həcmdə yemək növləridir. Levantine, Qafqaz və Balkan mətbəxlərində məzə əksər hallarda dolğun (zəngin) yemək süfrəsi açılan kimi ortaya gətirilirAlan Davidson, The Oxford Companion to Food, Oxford University Press, 1999, pp. 500–501. İştah açıcı (aperitiv) kiçik, əsasən soyuq, ilk xidmət edilən yeməkdir, adətən kəskin dadı və əsas yeməklərdən əvvəl iştahı oyatmaq üçün xüsusi cəlbedici dizaynı var. Məzə hazırlamaq üçün tərkibində, dad xüsusiyyətlərində, nümayiş üsullarında, dizaynda və rəng birləşməsində birləşdirilən müxtəlif məhsullardan istifadə olunur. Məzələrə spirtli içkiləri müşayiət etmək üçün verilən yeməklər də deyilir. Beynəlxalq kulinariya terminologiyasında xüsusi qəlyanaltı süfrəsində verilən rus qəlyanaltıları üçün sakuski, zakuski, zakouski kimi yazılmış rusca “закуски” sözü işlədilir.

Gündəlik süfrədə bir və ya iki növ qəlyanaltı verilir. Bayram süfrəsi isə tamamilə məzələrdən ibarət ola bilər. Soyuqda ən yaxşı qastronomik keyfiyyətlərə malik olan məzəli qablar və məhsullar dəsti soyuq süfrə adlanır. İsti məzələr əsas yeməklər kimi hazırlanır, lakin daha ədviyyatlı bir versiyada onlar üçün yemək adi haldan daha kiçik kəsilir, daha kiçik hissələrdə verilir, çox vaxt birbaşa hazırlandıqları eyni porsiyalı qabda verilir.

Məzə həm də sinonim kimi qəlyanaltı da ola bilər, lakin qəlyanaltı daha dar anlayış olub, ancaq yeməklər arasında insanı tox tutmaq üçün verilən az porsiyalı yeməyə deyilir.

Soyuq və isti arasında fərq qoymaqdan əlavə, qastronomiyada əsas tərkib hissəsinə görə məzələrin üç əsas növü var: tərəvəz, ət və balıq. Başlanğıc məhsulların miqdarından asılı olaraq qəlyanaltılar sadə, bir qastronomik məhsuldan və ya mürəkkəb, bir neçə kombinasiyaya bölünür. Məzələrin verilmə formasına görə açıq və qapalı kimi növlərə də ayırmaq olar.

Etimologiya Məzə sözünə keçmiş Osmanlı imperiyasına daxil olan bütün xalqların mətbəxlərində rast gəlinir, sözün mənşəyi İrandan, fars dilindən gəlir ( "taste, snack" < "to taste").''Oxford English Dictionary, online version, June 2011

Kateqoriya:Məzələr Kateqoriya:Servis və yemək Kateqoriya:Qidalar Kateqoriya:Misir mətbəxi Kateqoriya:Qəlyanaltı yeməkləri Kateqoriya:Albaniya mətbəxi Kateqoriya:Bolqarıstan mətbəxi Kateqoriya:Bosniya və Herseqovina mətbəxi Kateqoriya:Fələstin mətbəxi Kateqoriya:İordaniya mətbəxi Kateqoriya:İsrail mətbəxi Kateqoriya:Livan mətbəxi Kateqoriya:Suriya mətbəxi Kateqoriya:Türkiyə mətbəxi