Salam Sarvan () — Azərbaycanlı şair.

Həyatı Salam Sarvan - şair. 1966-cı ildə Cəlilabad rayonunda anadan olub. N.A.Voznesenski adına Leninqrad Mailiyə-iqtisad institutunu bitirib. Bakıda yaşayır. Ölkənin tanınmış media orqanlarında redaktor kimi çalışıb. Hazırda Dövlət Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı jurnalında Baş redaktor müavinidir.

Yaradıcılığı “Sənə deyiləsi deyil sənə deyiləsi sözüm”, “Mən gələr olmadım, yolu qarşıla”, “Heykəl tənhalığı” və “Fikir oyunları” kitablarının müəllifidir.

Əsərləri ingilis, fransız, rus, türk, ukrayna, polyak,  bolqar, gürcü, özbək dillərinə tərcümə olunub. "Boğulmaq da olmur, dayazdır dünya" kitabı ukrayn dilində nəşr edilib.

2019-cu ildə Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görülüb.

Ailəsi

Kitabları

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər