Anri Masse () – fransız şərqşünası.Azərbaycan Sovet Ensiklopediyası, cild 6, səh. 384
Həyatı Anri Masse 2 mart 1886 Fransada anadan olmuşdur. 1941-ci ildə Paris universitetinin professor akademiki. 1959-cu ilərdə Parisdə Müasir Şərq dilləri məktəbinin direktoru olmuşdur. İxtisasça iranşünas olan Anri Masse klassik və müasir fars ədəbiyyatını, incəsənətini və iran xalqları folklorunu öyrənmiş, Caminin "Baharıstan" əsərini fransız dilinə tərcümə etmişdir. Firdovsi, Nizami, Sədi, Cami və başqa klassiklər haqqında tədqiqatları var. 1950 ildə "Fars antoloqiyası (XI- XIX əsirlər)" əsərini nəşr etdirmişdir. Anri Masse İslam dini tarixi ilə də məşğul olmuş, onun zəngin faktlar əsasında, lakin idealist mövqedən yazdığı "İslam" əsəri məşhurdur.
Yaradıcılığı Anthologie persane, XIe — XIXe siècles, dernière réédition (2004) dans la Petite Bibliothèque Payot, n°330, ISBN 2-228-89923-2; Le Livre des merveilles du monde, Paris, Éditions du Chêne (fr), 1944; Croyances et coutumes persanes, suivies de Contes et chansons populaires, Paris, Librairie orientale et américaine, 1938; İslam, Bakı, 1980;, L`islam, 6 ed., Raris, 1952; Mélanges d'orientalisme offerts à Henri Massé… à l'occasion de son 75e anniversaire, Téhéran, Impr. de l'université, coll. * 1963: Publications of the University of Tehran.
Həmçinin bax Adil Nəcəfov Ələddin Məlikov
Xarici keçidlər Din Islam. Ocherk istorii
İstinadlar
Kateqoriya:Fransız alimlər Kateqoriya:Professorlar Kateqoriya:Fransa şərqşünasları