Natrium sitrat Na3C6H5O7 - limon turşusunun natrium duzudur. Mr(Na3C6H5O7)=258,06 Alınması Preparat limon turşusunu natrium-karbonatla neytrallaşdırmaqla alınır. Sənayedə isə limon turşusu müxtəlif mənbələrdən, məsələn pambıq bitkisi yarpaqlarından, limon və cır nar şirələrindən, mikrobioloji sintezlə alına bilər. Fiziki xassələri Preparat rəngsiz və ya ağ kristallik tozdur. Suda asan həll olur, spirtdə pis həll olur. Tətbiqi Preparat qanın laxtalanmasının qarşısını alan maddə kimi (konservant), tibbi məqsədlər üçün, qan hazırlığında 4–5%-li məhlullar şəklində işlənir. Mənbə https://no.wikipedia.org/wiki/Natriumsitrat https://www.sigmaaldrich.com/catalog/searchterm=Sodium+citrate&interface=Product%20Name&N=0+&mode=mode%20matchpartialmax&lang=en®ion=AZ&focus=productN=0%20220003048%20219853286%20219853062 https://en.wikipedia.org/wiki/Sodium_citrate
Kateqoriya:Qida məhsulları Kateqoriya:Karbon turşularının duzları Kateqoriya:Natrium birləşmələri