thumb|Uşi müqaviləsi imzalanarkən italyan və Osmanlı nümayəndələri. Soldan sağa: Pietro Bertolini, Mehmet Nəbi bəy, Guido Fusinato, Rumbəyoglu Fəxrəddin, Giuseppe Volpi. Uşi müqaviləsi, (italyanca: Trattato di Losanna) (18 oktyabr, 1912), İtaliya krallığı ilə Osmanlı imperiyası arasında Trablis müharibəsinin sonunda imzalanan müqavilədir. Bu müqavilə İtalyan tarixində Trattato di Losanna- Lozanna müqaviləsi olaraq keçir. "Ouchy" Lozannanın bir bölgəsidir. Türkiyə tarixində 23 iyul, 1923-cü il Lozanna müqaviləsi ilə qarışmasının qarşısını almaq üçün Uşi (Ouchy) müqaviləsi olaraq qeyd edilir.Trablis müharibəsi gedərkən Balkan müharibəsinin çıxmasından sonra, Osmanlı imperiyası İtaliya krallığından sülh istəməyə məcbur qaldı. Sülh müqaviləsi İsveçrənin Lozanna şəhərinin Leman gölü sahilində olan Uşi bölgəsində imzalandı. Bu müqaviləyə görə Trablis və Benqaziyə tam muxtariyyət verildi. Osmanlı imperiyası buradakı hərbiçilərini geri çağırdı. Bu İtaliyaya Trablis və Benqazini sərbəst işğal etməsinə şərait yaradırdı. Buna qarşılıq olaraq İtaliya əlində olan Rodos və ətrafındakı 12 adanı bir müddət sonra Osmanlı imperiyasına geri verməli idi. Ancaq adaların Osmanlı imperiyasına təslimi heç bir zaman reallaşmadı. İkinci Dünya müharibəsindən sonra bu adalar Yunanıstana verildi. left|thumb|Uşi müqaviləsindən sonra Osmanlı dövlətinin sərhədləri

Müqavilənin əsas şərtləri Trablis və Benqaziyə tam muxtariyyət verildi. Trablis və Benqazi yeni bir qanun və xüsusi idarəçiliklə idarə olunmağa başladı. Trablis və Benqazidə Osmanlı dövlətinin mənfətlərini sultan adına naib-ü sultan olaraq təyin edilən bir şəxsr qoruyacaq, dini və ədliyyə işləri sultan tərəfindən təyin ediləcək qazılar tərəfindən aparılacaqdı. Qazı və Naib-ü Sultanın maaşları Osmanlı dövləti tərəfindən ödəniləcəkdi. İtaliya 12 adanı müvəqqəti olaraq özündə saxlayacaqdı, bunun da səbəbi Balkan müharibələrində Osmanlı dövlətinin bu adaları qoruya bilməyəcəyi idi. Xüsusilə Yunanıstanın adaları işğal edəcəyindən qorxulurdu. Lakin İtaliya İkinci Dünya müharibəsini məğlub kimi bitirdikdən sonra, adaları 1947-ci ildə Yunanıstana təhvil verənə qədər özündə saxladı.

Həmçinin bax İtaliya-Osmanlı müharibəsi

İstinadlar

Kateqoriya:1912-ci ilin beynəlxalq müqavilələri