Tolqa Sarıdaş () — Türk aktyor.

Həyatı Əslən Sivaslıdır. İstanbulda doğulub, böyümüşdür. Xəlil Aqqənd liseyindən məzun olub. Liseydəki təhsili bitdikdən sonra aktyorluğa maraq göstərib. Əsənyurd bələdiyyə teatrı və Zeytun budağı teatrlarında aktyorluq edib. Bir neçə film və teleserialdan sonra Möhtəşəm yüzil adlı teleserialda canlandırdığı şahzadə Cahangir roluyla Türkiyədə məşhurlaşmağa başlayıb. Günəşin qızları adlı teleserialda Ali Mərdoğlu rolunu canlandırmışdır. 20 yanvar 2017-ci ildə yayımlanan Pis uşaq filmində Meriç Tuna rolunda olmuşdur. 2017-2019 illəri ərzində Söz adlı hərbi serialda Yavuz Qarasu obrazını canlandırmışdır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qızıl Kəpənək mükafatı laureatları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları