thumb|Fövqəladə dərə.|300px Fövqəladə dərə – obyektin insana oxşarlıq dərəcəsi ilə bu cür obyektə qarşı emosional cavab arasında əlaqə quran hipotez.
Etimologiya Termin ilk dəfə Yaponiya robototexnika professoru Masahiro Mori tərəfindən adlı məqalədə işlədilmişdir. Mori bu fikri inkişaf etdirərkən Ernst Yentşin 1906-cı ildə yazdığı "Fövqəladəliyin psixologiyası" və Ziqmund Freydin 1919-cu ildə yazdığı "Fövqəladəlik" məqalələrindən istifadə etmişdir.
Hipotez Hipotezdə adı çəkilən dərə robotun insana bənzərlik dərəcəsi ilə insanın bu robota verdiyi reaksiya arasındakı əlaqəni göstərir. (bkz. Şekil 1). Ümumi şəkildə, robotun xarici görünüşü və davranışları insanınkinə yaxınlaşdıqca müşahidəçi insanın robota qarşı göstərdiyi emosional reaksiya müsbət şəkildə artır. Lakin robotu sadalanan əlamətlərə yaxınlaşdırdıqca elə bir nöqtəyə çatırıq ki, bu reaksiya qəfildən müsbətdən mənfiyə çevrilir. Əgər həmin nöqtə aşılsa vvə robota insan xüsusiyyətləri əlavə edilməyə davam edilsə, müşahidəçinin gözündə "az qala insan"la "tamamilə insan" arasındakı fərqlər yox olar və hipotezdə adı çəkilən "fövqəladəlik" hissi ortadan qalxar.
İstinadlar
Xarici keçidlər
Fövqəladə dərəyə baxışlar
Kateqoriya:Android (robot) Kateqoriya:Qorxu Kateqoriya:Zehin Kateqoriya:Süni intellekt fəlsəfəsi Kateqoriya:Virtual reallıq Kateqoriya:Kompüter qrafikası Kateqoriya:Artırılmış reallıq Kateqoriya:Təfəkkür fəlsəfəsi anlayışları Kateqoriya:Mədəniyyət fəlsəfəsi