Məhərrəm Usta (d. 1 Sentyabr 1965, Trabzon) Türk iş adamı, həkim və idman meneceri. İstinye Universiteti heyətin sədri.
Həyatı Məhərrəm Usta 1965-ci ildə Trabzonda anadan olub. 1989-cu ildə Doqquz Sentyabr Universiteti Tibb Fakültəsini bitirmişdir. 1992-ci ildə Qulaq Burun Boğazı mütəxəssisi oldu. 1993-cü ildə o, xəstəxana idarəetmə sahəsində işləməyə başladı. 1995-ci ildə Türkiyənin ən böyük xəstəxanalar zənciri Medical Parkın təməllərini atdı. Medical Park Xəstəxanalar Qrupu və Liv Hospital Xəstəxanası İdarə heyəti Başçısı olan Məhərrəm Usta, uzun müddət xüsusi xəstəxanalar və sağlamlıq təşkilatları Başçısı olmuşdur. Məhərrəm Usta, həmçinin İstanbul Ticarət Palatası Sağlamlıq Komissiyasının üzvüdür və sağlamlıq baxımından etdiyi investisiyalar, idmana və idmançılara dəstəklərilə də tanınır. Məhərrəm Usta evlidir və üç övladı var.Trabzonsporun 16-cı prezidentidir.
Mənbə Kateqoriya:Trabzonda doğulanlar