Pərixanım Sofiyeva və ya Pəri Sofiyeva () — Gürcüstanda və müsəlman aləmində demokratik yolla seçilmiş ilk müsəlman qadın millət vəkili.
1918-ci ildə Qarayazı dairəsindən Tiflis qəza erobasının (bələdiyyəsinin) beşinci səsvermə hüququna malik nümayəndəsi seçilmişdir.
Həyatı və karyerası
Erkən illəri Gürcüstanın azərbaycanlılar yaşayan hissəsində yerləşən Qaraçala kəndində anadan olmuşdur. Ailədə 9 uşaq olan o, yeganə qız övlad idi. Banklardan xərac alaraq kənddə yetimlər evi açmışdır. O, Rusiya imperiyası dövründən etibarən qardaşlarının başçısı kimi çıxış etmiş, banklardan kreditlər götürmüş və hakimiyyət orqanları ilə işləri həll etmişdir.
Ehtimal ki, ona Səfəvi şahzadəsi, şair və siyasətçi Pərixan xanımın adı verilib.
Deputatlıq dövrü thumb|left|Pərixan Sofiyevanın imzasıGürcüstan Demokratik Respublikası barədə araşdırma aparan tarixçi İrakli Xvadagiani, Tiflis quberniyasından seçilən deputatların siyahısına baxarkən içlərində müsəlman qadının da olduğunu görmüşdür. İlk vaxtlar buna inanmayan tarixçi, sonradan eyni ada Gürcüstan Sosialist Federalistlərin rəsmi qəzetində də rast gələrək, araşdırmışdır. Beləcə müsəlman dünyasında ilk seçilən qadın deputat olan Pərixanım Sofiyeva müasir tarix elminə məlum olmuşdur. 1917-ci il fevral inqilabından sonra müvəqqəti hökumət şəraitində Qafqazda yerli idarəetmə sisteminin islahatına və seçkilərə hazırlığa başlandı ki, bu da ağır siyasi kataklizmlər fonunda davam etdi və müvəqqəti hökumətdən Gürcüstanın müstəqilliyinin elan olunmasına qədər real olaraq yerindən tərpənmədi. 1918-ci il mayın 28-dən sonra ilin sonunadək Gürcüstan ərazisinin əsas qəzalarında erobalıq (yerli özünüidarəetmə orqanı) seçkiləri keçirildi və özünüidarəetmə orqanları fəaliyyət göstərməyə başladı. 1919–1920-ci illərə qədər mərkəzi hakimiyyətin nəzarət edə bilmədiyi bütün qalan qəzalarda da erobalıq seçkiləri oldu. Tiflis qəzasına seçkilər payızın sonuna kimi yubadıldı, kənd təsərrüfatı işlərinə görə seçicilərin səfərbərliyi mümkün olmadı. Seçki sistemi ilə qəza seçki dairələrinə bölünürdü ki, burada da vətəndaşlara deputatların müəyyən olunmuş sayını proporsional seçki sistemi ilə seçməli idilər. Tiflis qəzasına son seçkilər Qarayazı dairəsində keçirildi ki, burada da seçicilərin əksəriyyəti azərbaycanlı idi. Gözlənilmədən öncül partiyaların – Sosial-Demokratların və Federalistlərin, "Hümmət" təşkilatının, Milli-Demokratlar və Eserlərin namizədləri mübarizəsində partiyasız namizəd azərbaycanlı-müsəlman qadın Pərixanım Sofiyeva digər namizədləri üstələdi və Qarayazı dairəsindən Tiflis qəza erobasının beşinci səsvermə hüququna malik nümayəndəsi oldu. Deputatlıq fəaliyyəti haqqında çox da məlumat bilinmir. Lakin hökuməti öz kəndlərinə yaxın yerdən keçən dəmiryolu çəkdirmə məcbur etdiyi məlumdur. İ. Xvadagiani deyir:
Seçkilərdə Pərixanıma uduzan Gürcüstan Sosialist Federalistlər partiyası öz rəsmi qəzetləri olan "Saxalxo Sakme"də yazıblar:
Sovet dövrü Gürcüstan bolşeviklər tərəfindən işğal edildikdən sonra, 1921-ci ildə onların bütün mülkləri müsadirə edildi. Pərixanım Sofiyevanın qardaşı oğlunun həyat yoldaşı Rəşğəndə Sofiyevanın dediyinə görə, Pərixanım bolşeviklərə və sovet idarəçiliyinə nifrət etmişdir. Ahıl yaşlarına qədər öz qədim alman mauzer silahıyla gəzmişdir. Stalinin "Böyük təmizləmə" kompaniyası zamanı Pərixanım 8 qardaşından 5-i güllənilmiş və kütləvi məzarlıqların birində dəfv edilmişdir. Nəşləri hələ də tapılmamışdır. İ. Xvadagiani arxivdən qardaşların sənədlərin axtarıb tapmağa çalışsa da, bir şey tapa bilməmişdir. Gümanki, kollektivləşdirməyə qarşı olduqlarından ya da sadəcə nisbətən varlı olduqlarından "vətən xaini" hesab edilərək, güllələnmişlər. Bu dövrdə bunlar vətən xaini hesab olunmaq üçün kifayət edirdi. Qardaşlarının öldürülməsindən sonra həyatını yalnız qardaşlarının övladlarını yetişdirib, oxutmaq üçün sərf etmişdir. Bu nəsildən bir çox ziyalılar çıxmışdır. AMEA Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov, Pərixanım Sofiyevanın qardaşı nəvəsidir.
Ölümü 1953-cü ildə, qardaşlarınının qatıli Stalinlə eyni ildə, qardaşı övladlarından birinin həbs edilməsi xəbərini eşidən zaman infarkt keçirərək, vəfat etmişdir.
Xatirəsi Qaraçala kəndində ən böyük nəsil hələ də Sofiyevlərdi. Kəndin bütün əhalisi onun haqqında eşitmişdir. Kənddə onu görən və hələ də yaşayan az insanlardan biri də, onun qardaşı oğlunun dul həyat yoldaşı Rəşğəndə Sofiyevadır. O, onun haqqında bu sözləri demişdir:
Pərixanımın qardaşı nəvəsi Bəy Zad Sofiyev, Qaraçala kənd məktəbində tarix müəllimidir, o eşitdikləri barədə bunları demişdir:
Gürcüstan parlamentində çıxışı zamanı müstəqil deputat Tariel Nakaidze onun haqqında bu sözləri demişdir:
Qaraçala məzarlığının bir hissəsi Sofiyevlər üçün ayrılmışdır. Vəfat edən zaman qardaşlarının məzarlarının olmasını əsas götürərək, özünün sadə məzarda dəfn edilməsini vəsiyyət etmişdir.
İstinadlar
Xarici keçidlər Pərixanım Sofiyeva və ya "Kişi Pəri" kimdir? — "BBC", "YouTube".
Kateqoriya:Gürcüstan azərbaycanlıları Kateqoriya:Gürcüstan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycan feministləri Kateqoriya:Ürək tutmasından ölənlər