Osmanlı-Müqəddəs İttifaq müharibəsi (1683-1699) — Osmanlıların II Vyananın mühasirəsində uğursuzluğa uğramasından cəsarət alan bir qrup Avropa ölkəsinin "Müqəddəs İttifaq" adı altında Osmanlılara qarşı birləşməsi və bu ölkələrin Macarıstan, Ukrayna və Dalmasiyada hakimiyyət qurub Balkanlardakı Osmanlı hakimiyyətinə böyük zərbə vurmaları ilə nəticələnmiş bir müharibədir. Osmanlı tarixində "fəlakət illəri" olaraq da adlanır. Xarici qaynaqlarda isə bu "böyük türk müharibəsi" olaraq bəhs edilir.

Səbəbləri

Qanuni Sultan Süleymanın 1526-cı ildə Mohaç döyüşünü qazanaraq Macar Krallığını süquta uğratmasından sonra Macarıstanın böyük bir hissəsi 150 ildən çox Osmanlı dövlətinin əsarəti altında qalmışdır. Macarıstanın qalan hissəsi isə Avstriya hersoqluğu Habsburqlar sülaləsinin əlində idi. Katolik avstriyalılar öz hakimiyyəti altında olan protestant macarlarını katolikləşdirmə siyasətini davam etdirirdilər. Avstriya rəhbərliyi altında protestan macarlar Tökəli İmrənin (macar dövlət adamı) hakimiyyətində qiyam qaldırdılar və bəzi əraziləri əllərinə keçirərək Macarıstanın mərkəzi ərazisində padşahlıq qurdular. Tökəli İmrə dəfələrlə Osmanlıdan kömək istədi, lakin istəyi qəbul edilmədi. Avstriyanı məğlub edərək nüfuz qazanmaq istəyən sədrəzəm Mərzifonlu Qara Mustafa Paşa IV Mehmedi Tökəli İmrənin yardım istəyini qəbul etməyə və Avstriya əleyhinə müharibə elan etməyə yola gətirdi.

II Vyana mühasirəsi

Osmanlı ordusu 1683-cü ildə Avstriyaya qarşı səfərə çıxdı. Ordunun yol üstündə strateji əhəmiyyətə malik qüllələri ələ keçirməsi gözlənilərkən Mərzifonlu Qara Mustafa Paşa birbaşa Vyananı mühasirəyə almaq qərarına gəldi. Mühasirə 2 ay davam etdi. Məlumata görə, sədrəzəmin yeniçərilərin şəhəri talan etməsinin qarşısını almaq üçün şəhərin könüllü təslim olmasını gözləyib və bu səbəbdən hücuma keçməyib. Bununla yanaşı, Krım xanı Murad Giray Dunay çayının şimalından gələn yardımın qarşısının alınmasında heç bir rol oynaya bilmədi. Nəhayət, Polşa kralı III Yan Sobeski 25 min əsgərlik bir ordu ilə Vyananın köməyinə yetişdi. İki rəqib arasında qalan Osmanlı əsgərləri ağır bir məğlubiyyətlə Belqrada geri çəkilməyə məcbur edildi.

Kahlenberg (Almandağı) müharibəsi

Almandağı (Kahlenberg) döyüşü II Vyana mühasirəsini məğlubiyyətə uğradan meydan müharibəsidir (12 sentyabr 1683). Vyananın köməyinə gələn III Yan Sobeskinin başçılığı ilə Alman, Avstriya ve Leh orduları ilə Kahlenbergdə (Almandağı) qarşılaşan Osmanlı ordusu Budin Bəylərbəyi Böyük İbrahim Paşanın uğursuzluğu və Krım xanı Murad Girayın vaxtında döyüşə girməməsi səbəbindən məğlubiyyətə uğradı. Orduya başçılıq edən Mərzifonlu Qara Mustafa Paşa bütün ələ keçirilənləri və ordu xəzinəsini buraxaraq çəkilməyi əmr etdi. Beləliklə, Vyana mühasirəsi uğursuzluqla nəticələndi.

thumb|left|140px|Papa XI İnnokenti Papa XI İnnokenti davamlı səyləri ilə Polşa kralı III Yan Sobeskini Vyanaya köməy etməyə razı salanların başında idi. Osmanlı ordusunun Vyanadan geri çəkilməsi üzərinə XI İnnokenti bu dəfə Osmanlıların Macarıstandan geri çəkilməsi üçün əlindən gələni etdi. Sobeskinin həmin mühasirə sonrası "Gəldik, gördük və Allahı fəth etdik" məktubu Vyanada əsası qoyulmuş ittifaq toxumunun Vatikana sıçramasına kifayət etdi. Papa bu müharibələr üçün milyonlarla scudo (günümüzdə istifadə edilməyən pul vahidi) sərf etməkdən çəkinməmişdir.

İttifaqa qatılacaq digər bir ölkə olan Venesiya Respublikasında isə bəzi dairələr hökumətin çox sülhsevər davrandığını iddia edirdi. Xüsusilə 1669-cu ildə Kritin itkisindən sonra intizamsız Venesiya qüvvələrinin Osmanlı torpaqlarına axını nəticəsində İstanbuldan gələn təzminat tələbinə hökumətin boyun əyməsi sülh əleyhdarlarını qəzəbləndirmişdi. Vyanadakı qələbə isə sülh əleyhdarlarının əlini daha çox gücləndirdi.

III Yan Sobeski və I Leopoldun İtaliyadakı elçilərinin uzun səyləri nəticəsində bu dövlətlərin və Roma Papasının nümayəndələri 1684-cü ildə Linzdə bir araya gəldi. Sobeski və Leopold Venesiyadan birbaşa Çanaqqalaya hücum etməsini istəyirdi. Bu istək baş verməsə də, sonda 5 Mart 1684-cü il tarixində ittifaqa Venesiya qatıldı. Avropada bu üç ölkənin Balkanlara üç qoldan hücum etməsi qərarlaşdırıldı.

Linzde keçirilən görüşdə Rusiya və Səfəvilər ilə də görüş keçirilməsi tələb olundu. O illərdə Polşada olan Naxçıvan Katolik yepiskopu Dominikan Sebastyan Knabb Səfəvi hökmdarı Süleyman Şah ilə Sobeski arasındakı təmasları təmin edirdi. Papa İran ilə birlikdə Efiopiya xristianlarının da qızışdırılaraq Misirə hücum etməsini istəyirdi. Amma Süleyman Şah da, Efiopiya xristianları da ittifaqa qatılmadı.

İttifaqın şimal cəbhəsində vuruşması hesab edilən Rusiya isə əvvəllərdə fəal olaraq müharibəyə qoşulmadı, 1676-1681-ci illərdə Osmanlı-Rus müharibəsi nəticəsində bağlanılan sazişə sadiq qaldı. Daha sonra isə 1686-1700-ci illər Osmanlı-Rus müharibəsini başladaraq I Pyotr liderliyində 1687-ci ildə Krım, 1695-ci ildə Azov yürüşlərinə başladı.

Sobeski Papaya Hollandiya və İngiltərə donanmalarının da "Papa bayrağı" altında bu yürüşə qatılmaları çağırışını etdi. Papa bu təklifi dəstəkləməsə də, dininə bağlılığı ilə tanınan fransızların "Günəş Kralı" XIV Luiyə donanmasını ortaq düşmən üzərinə göndərməsi çağırışını etdi. Vyananın mühasirəsi və "Müqəddəs İttifaq" ərzində Avropada Osmanlı lehinə yeganə tarazlayıcı ünsür olan Fransa bu təklifi qəbul etmedi.

Döyüşlər

Müqəddəs İttifaq daha faktiki olaraq qurulmamış olsa da, blokada içərisində Vyanada toplaşan İttifaq qüvvələri mühasirədən geri çəkilən bitkin Osmanlı-Macar qüvvələrini tutub onlara ciddi zərbə vurmaq məqsədilə vaxt itirmədən Osmanlı-Macar torpaqlarına hücuma keçdilər.

1683-1689 illər arası döyüşlər

2 oktyabr 1683-cü il tarixində Yan Sobeski və Karl V Leopold Macarıstandakı xaçlı qoşunları və Türk müdafiə xətləri haqqında söhbət etdilər və hücum bölgəsinin hansı olacağına qərar verdilər. Əsl hədəfləri olan Nove Zamki elinin yağış səbəbilə sularla örtülməsi üzərinə Parkaniyə (Ciğerdelen) irəliləməyə qərar verdilər.

Parkani döyüşü

thumb|left|150px|Merzifonlu Qara Mustafa Paşa thumb|right|300px|Parkani döyüşü, Yuliuş Kossak.

7 oktyabr 1683-cü il tarixində Parkanidə meydana gələn savaşda qala qvardiya Qara Mehmed Paşa ilk hücuma keçən Sobeskinin qüvvələrinə uğurla qalib gəldi, Sobeski və qərargahları əsir alınma təhlükəsi ilə burun buruna gələrək geri çəkildilər. Amma iki gün sonra dərhal hazır və sayca Osmanlılardan üstün olan ittifaq qüvvələri böyük bir hücuma keçdi və Osmanlı Ordusuna böyük itki verərək bölgəni ələ keçirtdi.

Parkani müharibəsindən sonra 1 Noyabrda Habsburq Ordusu Estergon qalasını mühasirəyə aldı və ələ keçirdi. Bu müddət ərzində Osmanlı tərəfində mühasirədə səhv edən komandirlər işdən azad edilir və Mərzifonlu Qara Mustafa Paşa dağılan əsgərləri toplamağa çalışırdi.

thumb|right|265px|"Vyanadan dönüş" - Yuzef Brandtın Lex qüvvələrini Osmanlı əsir və qənimətləri ilə Vyanadan qayıdarkən təsvir edən toblosu. Osmanlıların zənci kimi təsvir edilməsi diqqət çəkir.

Dalmasiyadan Budaya

1684-cü ildə Venesiya Müqəddəs İttifaqa qoşuldu və Osmanlı Dövlətinə müharibə elan etdi. Arxasınca Dalmasiyada Vışeqrad, Ayamavri kimi qalaları ələ keçirdi. Dalmasiyadakı Venesiya irəliləyişinə Osmanlılar yalnız Sinq zəfəri ilə cavab verə bildi.

15 iyul 1684-cü ildə isə Habsburq rrdusu Buda qalasını mühasirəyə aldı. Qala komandiri Qara Mehmet Paşa müqavimət göstərərkən həlak oldu. Yerinə Bəy İbrahim Paşa gəldi. Özünə keçmiş sədrəzəm Mərzifonlu Qara Mustafa Paşa tərəfindən "Şeytan" ləqəbi götürmüş olan İbrahim Paşa düşməni zəiflədərək geri çəkilməyə vadar etdi və noyabrın 2-də Habsburq ordusu Budadan çəkildi. Bu uğur üzərinə padşah IV Mehmed İbrahim Paşaya göndərdiyi məktubda "şeytan" ləqəbini "mələk" olaraq dəyişdirdiyini bildirdi.

thumb|right|275px|V Karl Leopoldun Bud'a girişi.

19 avqust 1685-ci il tarixində Uyvar qalası 50 günlük mühasirədən sonra Habsburq Ordusu tərəfindən ələ keçirildi və 22 illik Osmanlı hökmranlığından çıxdı.

Bir il sonra 1686-cı ilin iyununda Venesiya ordusu Navarin qalasını işğal edib, bir müddət dincəlməyə keçərkən eyni ay Karl V Leonaldın komandanlığı altındakı Habsburq qüvvələri Budaya hücum etdi. 70 yaşlı son Bud bəylərbəyi Arnavut Əbdürrəhman Abdi Paşa 15 min əsgəriylə 18 min düşmən hücumunu məhv etdi.

Mühasirənin üçüncü ayında 1686-cı il sentyabrın 2-də "Müqəddəs İttifaq" qoşunları altı istiqamətdən ümumi hücuma keçdi. Əbdürrəhman Abdı Paşa ölənə qədər müqavimət göstərdi, lakin şəhərin düşmən əlinə keçməsinə mane ola bilmədi. Budada Qanuni Sultan Süleyman ilə başlayan Türk hakimiyyəti sona çatdı. Bu da Osmanlı dövlətinin Macarıstan üzərindəki hakimiyyətini böyük ölçüdə itirməsinə yol açdı.

1686-cı ilin noyabrında da Avstriya ordusu Eger qalasını ələ keçirdi.

Mohaç müharibəsi

Hər cəbhədə irəli gedən "Müqəddəs İttifaq" qüvvələri 12 avqust 1687-ci il tarixində Osmanlı ordusunu Mohaç döyüşündə məğlub etdi və Valpo, Pojeqa kimi qalaları tutaraq irəliləməyə davam etdi.

Osmanlı cəbhəsində ard-arda gələn məğlubiyyətlər getdikcə daha böyük narahatlıqlara yol açırdı. Avqustdakı Mohaç müharibəsi məğlubiyyətindən sonra ordu padşahın "dövlət işləri ilə məşğul olmadığı" səbəbilə cəbhəni tərk edib İstanbula getdi, "Ovçu" ləqəbli Sultan IV Mehmed taxtdan endirildi, yerinə qardaşı II Süleyman çıxarıldı.

II Süleyman və II Əhməd dövrləri

Osmanlı dövləti qarışıqlığın içərisində olarkən Habsburq ordusu 1688-ci ilin sentyabr ayında Belqradı ələ keçirdi və xalqı qətlə yetirdi. Buna cavab olaraq Sultan II Süleyman Avstriya səfərinə çıxaraq Qladova və Orşova qalalarını aldı.

Vyana sülh görüşməsi

II Süleyman taxta keçdikdə Zülfüqar Ağa adlı bir Osmanlı elçisi həm yeni padşahın taxta çıxmasını bildirmək, həm də mümkün sülh danışıqlarında iştirak etmək məqsədilə Vyanaya göndərildi. Zülfüqar Ağa Vyanada ehtiramla qarşılandı, İmperator I Leopoldun müşavirləri ilə görüşdü və 10 fevral 1689-cu il tarixində bir sülh konfransı keçirilməsinə qərar verildi.

10 fevralda olan konfransa Zülfüqar Ağa və yanındakı on nəfərlik Osmanlı nümayəndə heyəti ilə Venesiya, Polşa və Avstriya nümayəndələri iştirak etdi. Konfransda Venesiya nümayəndəsi ölkəsinin ələ keçirdiyi yerlər ilə Evbeya və Zakinf adalarını istəyərkən, Avstriya nümayəndə Timişvara və Aradı, Polşa nümayəndəsi isə bütövlükdə Podolyeni istədiyini bildirdi.

Bu istəklər qarşısında Zülfüqar Ağa sülh görüşünün nəticələnməyəcəyini anlamış və "Müqəddəs İttifaq" elçilərinə istehza ilə belə cavab vermişdir:

Fransanın qərbi Avropada müharibə çıxaracağını eşidən Osmanlı sülh danışıqlarını yarıda qoyub döyüşməyə davam etmə qərarı almışdır.Wolf (1970), pp. 542–43.

Krım cəbhəsi

Rus çarının 1686-cı ildə "Müqəddəs İttifaq"a qatılıb Osmanlı dövlətinə savaş açması ilə Krımda daha bir cəbhə açıldı. Çar naibi Sofya Alekseyevnanın rəhbərlik etdiyi Boyar hökumətinin əmri ilə Rus ordusu 1687 və 1689-cu illərdə Osmanlı dövlətinə bağlı Krım xanlığının ərazisində iki böyük işğal hərəkatı həyata keçirdi.

1687-ci ilin may ayında knyaz Vasili Qolitsinin başçılığı ilə təxminən 100.000 nəfərlik rus ordusu Zaporojye və Don kazaklarını yanına alaraq Tatar torpaqlarına doğru yeridi. Bu hücuma hazırlanmış olan tatarlar yerlərini tərk etmiş və qənimətləri də yanlarına alıb çəkilmişdilər. Bu qeyri-müəyyənlyə görə rus ordusu geri qayıtdı.

1688-ci ildə ikinci bir yürüşün hazırlığı başladı. 1689-cu ildə bu dəfə 150 min nəfərə malik olan r us ordusu cənuba irəliləyirdi. Qarşılarına ilk çıxan tatarları məhv etdilər və mayın 20-də tatarların nəzarətindəki Perekop qalasına çatdılar. Uzun sürən blokada nəticəsində ruslar heç bir önəmli uğur əldə edə bilməyincə mühasirə sona çatdı. Uğursuzluğa görə Sofya Alekseyevna taxtdan endirildi və bu cür səfərlərin öhdəsindən gələ biləcək yeganə insan kimi görünən I Pyotr taxta çıxarıldı.

Köprülü Fazil Mustafa paşanın səfərləri