Şamil Zülfüqar oğlu İbrahimov — Azərbaycanın teatr və kino aktyoru, art menecer.

Həyatı Şamil Zülfüqar oğlu İbrahimov 8 yanvar 1988-ci ildə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunda anadan olmuşdur. 2012-2016-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsində dram teatr və kino aktyoru ixtisası üzrə bakalavr pilləsində, 2017 - 2019-cu illərdə dram teatr və kino aktyoru ixtisası üzrə magistr pilləsində təhsil alıb.

2013-2015-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyət göstərmişdir.

2017-ci ildə yaranmış müstəqil Human Teatrının təsisçisi və direktorudur.

2020-2026-ci illərdə Caspian Entertainment Company MMC (Paşa Holding LLC) də bədii rəhbər vəzifəsində çalışmışdır.

Şamil İbrahimov rejissor kimi ƏSA Teatrında "Yuxum" (Uilyam Şekspir), digər teatr layihələrində "Kölgə" interaktiv (Şamil İbrahimov) "Özümüzü kəsən qılınc" (Bəxtiyar Vahabzadə) tamaşalarına quruluş vermişdir.

Teatr səhnəsindəki rolları

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Tamaşanın adı Rol Tarix Rejissor Müəllif Əmir Teymur Masqara 20 may 2014 Mehriban Ələkbərzadə Hüseyn Cavid Banan qabığı 2014 "Az-ART" studiyası "Az-ART" studiyası Tıq-tıqın qonaqları 2014 "Az-ART" studiyası Mehman Musabəyli Nadir şah Nəsrullah xan 2015 Gümrah Ömər Yunus OğuzHerostratı Unudun İnqlabçı 12 noyabr 2015 Mehriban Ələkbərzadə Hüseyn Cavid

"Human" Teatrı Tamaşanın adı Rol Tarix Rejissor Müəllif Üçüncü Baba 2017 Pərviz Məmmədrzayev Slavomir MrojekAnqleter 1925http://kulis.lent.az/m/news/18364 Yesenin 2017 Pərviz Məmmədrzayev Sergey Yesenin

M Teatrı Tamaşanın adı Rol Tarix Rejissor Müəllif Art İvan 2022 Ərturan Nəcəfi Jasmin Rza Adamlar və Siçanlar Qırıntı 2023 İlqar Cahangir Con Steynbek Ovod Polkovnik 2023 Vidadi Həsənov Etel Lilian Voyniç İmmiqrantlar XX 2024 Vidadi Həsənov Sławomir Mrożek Amok Sərnişin 2025 Vidadi Həsənov Stefan Sveyq Palata 6 Qromov 2025 Vidadi Həsənov Anton Çexov

Filmoqrafiya Qarabağnamə (film, 2013) Çərçivə (film, 2014) Günəşi oyadanlar (film, 2015) Kabusun sandığı (qısametrajlı film,2018) Günlər (qısametrajl film 2018) Könül yarası (serial 2019 ) Solğun Çiçəklər (film 2019) Qisas (qısametrajlı film 2019 ) Son gecə (bədii televiziya filmi 2019) "Storyboard" (qısametrajlı film 2021) “ Səbirli adam " Mirzə Ələkbər Sabir (bədii-sənədli film 2022) " Tağıyev :Neft " Nəcməddin (bədii film, 2024) "Almas İldırım. Qara dastan" Almas İldırım (bədii-sənədli film 2025) "Əli Nəzmi. İlıq payız xatirəsi" Qafar ( bədii-sənədli film .2025) "Tarixin Divanı" Nadir şah (Bədii Televiziya filmi. 2025) "Səssiz səslər Vəli Xuluflu" Xalid (bədii-sənədli film.2025) "Salman Mümtaz. Bir görüşün xatirəsi"-Mirzə Ələkbər Sabir (bədii-sənədli film .2025) "Tağı Şahbazi"- Tağı Şahbazi (bədii-sənədli film.2026)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları