Süleyman İzzət bəy () — Osmanlı və Türkiyə hərbi xadimi. 1918-ci ildə Bakının daşnak-eser-menşevik –ingilis işğalından azad olunmasında fəal iştirak etmiş türk ordusu XV diviziyasının komandiri.
Azərbaycanın işğaldan qurtarılmasında rolu 1918-ci ilin avqustun axırlarında Türkiyə və Azərbaycan hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu Bakını azad etməyə hazırlaşdığı bir zamanda qəti həmlə etmək üçün Türkiyəyə müraciət etdi. Buna cavab olaraq daha bir diviziya – polkovnik-leytenant Süleyman İzzət bəyin rəhbərliyi ilə avqustun 28-də Qarakilsə-Dilican-Ağstafa yolu ilə hərəkət edərək, sentyabrın 9-da Bakı ətrafına çatdı. Süleyman İzzət bəy və onun komandanlıq etdiyi V və XV diviziyalar Azərbaycanın nizami və könüllü hərbi qüvvələri ilə birlikdə sentyabrın 12-15-də Bakı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərdilər.Mehman Süleymanov, Azərbaycan ordusu Bakı azad olunduqdan sonra Süleyman İzzət bəyin başçılıq etdiyi XV diviziya Dərbənd və Petrovsk-Port (Mahaçqala) şəhərlərini azad etməyə göndərildi. Oktyabrın 6-da Biçeraxovun hərbi qüvvələri darmadağın edilərək, Dərbənd azad olundu. Diviziya noyabrın 8-də Petrovsk-Portu da azad etdi.Mehman Süleymanov, Nuru Paşa
Əsəri Süleyman İzzət bəy sonralar XV diviziyanın Azərbaycan və Şimali Qafqazdakı xilaskarlıq əməliyyatlarına həsr olunmuş əsər yazıb çap etdirmişdi. Əsərin adı belədir: 15 piyade fırkasının Azerbaycan və Şimali Kafkasyadakı harekatı və müharibeleri. 103 saylı Askeri mecmuanın tarıh kısmı 1936-cı ildə Türkiyədə çap edilmişdir.
Mənbə Mehman Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan'' Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, səhifə 358.
İstinadlar
Kateqoriya:Türkiyə hərbçiləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti şəxsləri