Plaşlıkimilər (Chlamydoselachiformes) dəstəsi. Bu dəstənin təkcə plaşlı akula adlı bir növü var. Onun uzunluğu 1,2-2,0 m-dir. 6 qəlsəmə yarığı var. Birinci qəlsəmə yarığı plaşvari dəri qatlaq əmələ gətirir. Ona görə də ona plaşlı akula deyilir.

O mötədil və isti dənizlərin dibə yaxın yerlərində yaşayır, az saylıdır, balıqlar və başıayaqlı molyuskalarla qidalanır. Plaşkimilər yumurtadiridoğandır.

İstinadlar

Ədəbiyyat Abbasov H.S,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 140. Abbasov H.S., Mustafayev Q.T., Məmmədova S.Ə., İsmayılov R.Ə. Bakı,1999,səh 116.

Xarici keçidlər

Filin.vn.ua saytında öküz akulalar

Kateqoriya:Köpəkbalıqları