Abdulla Azər oğlu Qədimbəyli () — Azərbaycan şahmatçısı, 2 qat Avropa çempionu, 4 qat Azərbaycan çempionu, dünya çempionatının qalibi, Al–Ain Beynəlxalq Çempionatında I yerin sahibi, FİDE ustası, 2014-cü ildə Beynəlxalq usta norması adına layiq görülüb; kişilər arasında Azərbaycan çempionu olub, Qrosmeyster (2022-ci ildən).

Həyatı 2008-ci ildə Bakı şəhəri 287 saylı "Zəkalar" liseyində 1-ci sinfinə daxil olub.

Atası Azər Abdulla oğlu Qədimbəyli 1970-ci il 10 aprel tarixində Bakı şəhərində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Anası Səidə Qədimbəyli 1976-cı il 15 mart tarixində Tiflis şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetini bitirib.

Karyerası 5 yaşından şahmatla məşğul olub. Bakı şəhər 2 nömrəlili Uşaq Gənclər Şahmat idman məktəbinin yetirməsidir. 2009, 2010-cu ildə 2 qat Avropa çempionu, 2009, 2010, 2011, 2014-cü illərdə 4 qat Azərbaycan çempionu, 2011-ci ildə Avropa çempionatı I–II yer, 2012-ci Dünya çempionatı III–IV yer kimi nailiyyətlər qazanmışdır.

Onun əldə etdiyi ən böyük uğurlardan biri, 2010-cu ildə Yunanıstanın Halkidiki şəhərində yeniyetmə şahmatçılar arasında 34-cü dünya çempionatında olub. Belə ki, 179 ölkənin şahmatçıları arasında keçirilən dünya birincilyində, Azərbaycanın yeganə təmsilçisi olan Abdulla Qədimbəyli 8 yaşlı şahmatçılar arasında 11 oyundan 9.5 xal toplayaraq dünya çempionatının qalibi elan olunub.

2010-cu ildə FİDE ustası, ELO (Reytinq) – 2416 olub.

2014-cü ildə isə Beynəlxalq usta norması adına layiq görülmüş Abdulla 2012-ci ildə Avropa kubokuda II yer, 2013-cü ildə Dünya çempionatında II yer, 2014-cü ildə "Dubay Open" beynəlxalq şahmat turnirində III yer, 2015-ci ildə isə Al-Ain Beynəlxalq Çempionata öz həmyaşıdlarını məğlub edərək I yeri qazanıb.

24 yanvar 2018-ci il tarixində şahmat üzrə kişilər arasında Azərbaycan çempionu.

2022-ci ildə yeniyetmələr arasında şahmat üzrə dünya çempionatının qalibi oldu və bu ona qrosmeyster titulunu qazandırdı.

Uğurları

İdman nəticələri thumb|Şahmat taxtası arxasında Dünya çempionu – 8 yaşlılar arasında – 2010 Avropa çempionu – 8 yaşlılar arasında — 2009 Avropa çempionu – 8 yaşlılar arasında — 2010 Azərbaycan çempionu — 8 yaşlılar arasında – 2009 Azərbaycan çempionu — 8 yaşlılar arasında – 2010 Azərbaycan çempionu — 10 yaşlılar arasında – 2011 Azərbaycan çempionu — 12 yaşlılar arasında – 2014 2011 – 10 yaşlılar arasında Avropa Çempionatı, II yer 2018 – Kişilər arasında Azərbaycan Çempionu FİDE USTASI (FM) adını alıb: 2010 İLİN İDMANÇISI olub: 2010 BEYNƏLXALQ USTA (IM) adını almışdır: 2017 Qrosmeyster (GM) titulunu almışdır: 2022

Qalib gəldiyi və mükafatçısı olduğu turnirlər XII. 2007 – Bakı çempionatı (5 yaş) III. 2008 – Azərbaycan Çempionatı V. 2008 – H. Əliyevin 85 illiyinə həsr olunmuş turnir VI. 2008 – Gürcüstan-Avropa çempionatı IX. 2008 – Bilik gününə həsr olunmuş turnir X. 2008 – XIX Bakı Kuboku XI. 2008 – Vyetnam-Dünya çempionatı III. 2009 – Azərbaycan çempionatı 2009 – "Makkabi" beynəlxalq turniri VI. 2009 – Batumi-Avropa çempionatı XI. 2009 – Türkiyə-Dünya çempionatı III. 2010 – Azərbaycan çempionatı IV. 2010 – H. Əliyevin 87-ci ildönümünə həsr olunmuş turnir 2010 – "Makkabi" beynəlxalq turniri VI. 2010 – Bolqarıstan-Varna Open 2010 – Bakı Kuboku IX. 2010 – Avropa çempionatı X. 2010 – Yunanıstan – 8 yaşlılar arasında Dünya çempionatı I. 2011 – İsveçrə-Bazel Open II. 2011 – İran-Rəşt Open VI. 2011 – Azərbaycan çempionatı VII. 2011 – Bolqarıstan-Varna Open VII. 2011 – Bakı Open IX. 2011 – Bolqarıstan-Avropaçempionatı XI. 2011 – Braziliya-Dünya çempionatı XII/2011 – Kişilər arasında Bakı Çempionatı I/2012 Kişilər arasında Azərbaycan Çempionatı II/2012 – Rəşt Open – İran IV/2012 – Məktəblilərin Dünya Çempionatı – Rumınya (IV Yer) VI/2012 – AzərbaycanÇempionatı (II Yer) VII/2012 – Avropa Kuboku – Gürcüstan (II Yer) 2012 – Avropa Çempionatı (IV Yer) 2012 – Bakı Open V/2013 – Məktəblilərin Dünya Çempionatı – Halkidiki, Yunanıstan (I–II Yer) VII/2013 – Poti Open – Gürcüstan VIII/2013 – 14 yaşadək Dubay Open – BƏƏ (III Yer) 2013 – Bakı Open 2013 – Naxçıvan Beynəlxalq Turniri 2014 – Branşteyn Memorial – Minsk, Belorusiya 2014 – Dünyanın Gənc Ulduzları – Kirişi, Rusiya – I Beynəlxalq Usta Norması 2014 – Abu-Dhabi Beynəlxalq Şahmat Festivalı – BƏƏ 2014 – Bakı Open 2015 – Naxçıvan Beynəlxalq Turniri – Azərbaycanşahmatçılarıarasında 1-ci yer və II

Beynəlxalq Usta Norması 2015 – Gənclərarasında Beynəlxalq Çempionat – Al-Ain, BƏƏ 2015 – Bakı Open 2016 – Gənclərin Komandalar arası Dünya Çempionatı – Slovakia 2016 – Dünya Olimpiadası – Bakı, Azərbaycan – 3-cü Sektor, I yer 2016 – Kişilər arasında Azərbaycan Çempionatı 2016 – Bakı Open 2017 – Budapeşt Yaz Festivalı – III BeynəlxalqUstaNorması -IM adını aldı 2017 – Naxçıvan Beynəlxalq Turniri 2017 – Kişilər arasında Azərbaycan Çempionatı 2017 – Bakı Open

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Bakı şəhəri 287 nömrəli "Zəkalar" liseyinin məzunları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Şahmat qrosmeysterləri