Bakı Müsəlman qadın xeyriyyə cəmiyyəti — Valideynlərini itirmiş uaşaqlara, yoxsul ailələrə və qaçqınlara yardım etmək məqsədilə yaradılmış qeyri-hökumət xeyriyyəçilik qurumu.
Yaradılması Bakı Müsəlman qadın xeyriyyə cəmiyyəti 1914 il noyabrın 21-də təsis edilmişdir. Təsisçi Rəhilə Hacıbababəyova idi.
Tərkibi və Fəaliyyəti thumb|Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanova-Muxtarova
M.S.Tağıyeva cəmiyyətin idarə heyətinin sədri, Rəhilə Hacıbababəyova sədrin müavini, Əminə Ağayeva katib, Pəri Topçubaşova xəzinədar seçilmişdilər. Cəmiyyət xəstə və yaralı əsgərlərə, yetim və yoxsul uşaqlara yardım göstərir, tez-tez müxtəlif tədbirlər keçirirdi. Cəmiyyət Birinci Dünya müharibəsi (1914–18) illərində Rusiyaya əsir düşmüş yaralı türk əsgərlərinə də yardım göstərmişdir. 1917 ilin oktyabrında Liza xanım Muxtarovanın (neft sənayeçisi, milyonçu Murtuza Muxtarovun həyat yoldaşı) sədrlik etdiyi Bakı müsəlman qadın xeyriyyə cəmiyyəti yoxsul qızlar üçün peşə məktəbi açmışdır. Məktəbdə 4 ümumtəhsil sinfi və 6 peşə bölməsi fəaliyyət göstərirdi. Türk dili, hesab, əl işi biçmə və tikiş üzrə dərslər keçirilirdi. 1918 ilin qanlı mart qırğınları zamanı məktəb öz fəaliyyətini dayandırmışdı. 1919 ilin əvvəllərində cəmiyyət məktəbin işini yenidən bərpa etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti məktəbin səmərəli işləməsi üçün cəmiyyətə 30 min manat vəsait ayırmışdı. Məktəb azərbaycanlı qızların savadlanmasında, onlara milli-mənəvi dəyərlərin aşılanmasında, ailədə və cəmiyyətdə öz hüquqlarını anlamasında böyük rol oynamışdır. Aprel işğalından (1920) sonra cəmiyyət fəaliyyətini dayandırmışdır.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 230–231
Həmçinin bax Azərbaycan qadın xeyriyyə cəmiyyəti Bakı Müsəlman xeyriyyə cəmiyyəti
Xarici keçidlər "BAKI MÜSƏLMAN QADIN XEYRİYYƏ CƏMİYYƏTİ" Ziyalı müsəlman qadını nümunəsi
İstinad
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətində qeyri-hökumət təşkilatları Kateqoriya:Azərbaycanda xeyriyyə təşkilatları