Natrium bisulfit və ya natrium hidrosulfit - natrium və sulfit turşusunun turş duzudur. Bozumtul ağ tozdur. Suda və qələvilərin duru məhlullarında yaxşı həll olur.
Alınması Natrium hidroksidin kükürd (IV) oksidlə reaksiyasından: NaOH+SO2→NaHSO3
Ditionitın isti su ilə reaksiya nəticəsində: 2Na2S2O4+H2O→2NaHSO3+Na2S2O3
Durulaşdırılmış ditionitın oksidləşmə reaksiyası nəticəsində: 2Na2S2O4+H2O+O2→4NaHSO3
Xassələri Qızdırıldıqda parçalanır: 2NaHSO3→Na2SO3+SO2+H2O Kaliy xloratla reaksiya qirir: KClO3+NaHSO3→KNaSO3+HClO3 HClO3+4NaHSO3→3NaHSO4+H2SO3+NaCl
Tətbiqi Yeyinti sənayesində konservant kimi, şərabçılıqda çaxırın oksidləşməsinin qarşısını almaq və ilkin dadını saxlamaq məqsədi ilə, kimya sənayesində reduksiyaedici, tekstil sənayesində ağardıcı kimi, dəri işində sukeçirməzlik və daha çox davamlılıq vermək üçün istifadə olunur.
Mənbə Реми Г. «Курс неорганической химии» М.: Иностранная литература, 1963 Ə.B.Əliyev.Qeyri-üzvi kimya. Bakı 2007. s.180
İstinadlar
Kateqoriya:Antioksidləşdiricilər Kateqoriya:Natrium birləşmələri Kateqoriya:Konservantlar