27 may çevrilişi və ya 27 may hərbi müdaxiləsi — 27 may 1960-cı ildə Türkiyədə baş verən və ölkənin tarixinə ilk dövlət çevrilişi kimi keçən hərbi müdaxilə. Çevriliş Türkiyə Silahlı Qüvvələri daxilində 37 aşağı rütbəli hərbçi tərəfindən planlaşdırılmış və həyata keçirilmişdir. 27 maydan etibarən iqtidarda olan Demokrat Partiya bağlanmış, prezident və baş nazir başda olmaqla hökumət üzvlərinə qarşı məhkəmə işləri qaldırılmış, 235-i general olmaqla təxminən 3500-ə hərbçi təqaüdə göndərilmişdir. 147 universitet müəllimi, 520 hakim və vəkil işindən azad edilmişdir. 37 hərbçi və rəhbər olaraq başlarına gətirdikləri təqaüddə olan general Camal Gürsəlin yaratdığı Milli Birlik Komitəsi (MBK) çevrilişdən sonrakı Türkiyənin idarəsini öz üzərinə götürmüşdür.

Çevrilişdən əvvəl Türkiyədə vəziyyət

Türkiyədə təkpartiyalı dövr thumb|180px|left|Mustafa Kamal Atatürk — Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti left|thumb|140x140px|Cümhuriyyət Xalq Partiyası — Türkiyə Cümhuriyyətinin ilk siyasi partiyası Türkiyənin ilk partiyasının yaradılması ideası hələ istiqlal müharibəsi dövründə yaranmışdı. 1919-cu il 4–11da keçirilən Sivas Konqresində ölkənin müxtəlif yerlərində işğalçılarla mübarizə aparmaq üçün yaradılan təşkilatlar bir cəmiyyətdə birləşdirildilər. 1920-ci il 23 apreldə bu cəmiyyət əsasında TBMM quruldu. Konqresin fəaliyyətdə olduğu günlərdə, daha dəqiq desək 9 sentyabrda Mustafa Kamal Paşa tərəfdarları ilə birlikdə Xalq Firqəsini yaratdı (partiyanın yaradılış günü 11 sentyabr qəbul edilir). Türkiyə müstəqilliyinin ilk illərindən etibarən iqtisadi böhran içərisində idi. İstiqlalın əldə edilməsinə baxmayaraq Osmanlı dövründə olan problemlər qalırdı. Əhalinin böyük bir qismi yoxsulluq və səfalət içərisində yaşayırdı. Həmçinin məclisdə millətvəkilləri arasında yaranan fikir ayrılığı prosesi daha da sürətləndirdi.

thumb|right|120px|Tərəqqipərvər Cümhuriyət Partiyası

1924-cü ildə aralarında Kazım Qarabəkir, Rauf Orbay, Bəkir Sami, Adnan Adıvar kimi istiqlal müharibəsinin komandirlərinin olduğu bir qrup TBMM üzvü Tərəqqipərvər Cümhuriyyət Partiyasını yaratdı. Partiya 1925-ci ildə hakimiyyətə qarşı yönəlmiş, xilafət tərəfdarlarının Şeyx Seyid üsyanının baş verməsinə səbəb olduqları iddiası ilə bağlanmışdır. 1926-cı ildə Mustafa Kamal Atatürkə edilən uğursuz sui-qəsddən sonra edam cəzasına məhkum edilənlər arasında TCP üzvləridə var idi. Lakin Mustafa Kamal Kazım Qarabəkir başda olmaqla istiqlal müharibəsində fəal iştirak etmiş bəzi hərbçilərə əfv vermiş və edamdan azad etmişdir. Çoxpartiyalı, demokratik sistemə keçid üçün növbəti cəhd 1930-cu ildə edilir. Fəthi Okyarın rəhbərliyi ilə avqustun 12-si Sərbəst Cümhuriyyət Firqəsi (Partiyası) yaradılır. SCF-nin üzvlərindən biri Aydınlı Adnan Menderes idi. Partiyanın yaradılmasını Okyardan Atatürk xahiş etmişdi. Ancaq bu partiyada uzun yaşamır və 17 dekabrda bağlanır. SCF CHP-dən fərqli olaraq mərkəz sağ siyasi pozisiyasını və iqtisadi liberalizm, cümhuriyyətçilik, milliyətçilik idealarını müdafiə edir, Atatürk ideologiyasına qarşı çıxmırdı. Lakin buna baxmayaraq tez bir zamanda yeni partiyada Atatürkçülüyə qarşı çıxan qüvvələr meydana gəlməyə, çoxalmağa başladı. Belə bir vəziyyətdə Fəthi Okyar Mustafa Kamalla məsləhətləşərək partiyanı buraxdı. Beləliklə antidemokratik, avtoritar bir sistem sayılan tək partiyalı sistem daha 16 il mövcud oldu.

10 noyabr 1938-ci ildə Atatürkün vəfatından sonra Məclisin müştərək səs çoxluğu ilə keçmiş baş nazir, istiqlal müharibəsinin öncül liderlərindən İsmət İnönü prezident seçilir.Can Dündar-Bülent Çaplı, İsmet Paşa, İmge kitabevi, 2006 Elə həmin ayda CXP qurultayında İnönü "ömürlük başqan" seçilir və ona "Milli Şef" titulu verilir. Bu titul demokratik qüvvələrin ürəyincə deyildi. Daha sonradan pul əsginaslarına İnönünün rəsminin çap edilməsi tənqidləri daha da artır. Belə ki yuxarıda qeyd edilənlər yalnız Atatürk kultuna uyğun elementlər idi və başqa birisinin şərəfinə bu elementlərin istifadəsi diktatorluq kimi başa düşülürdü. Belə olan halda demokratik sistemə keçid də mümkünsüz hala gəlirdi. Bundan başqa həm İkinci Dünya müharibəsində həm də ondan sonrakı dövrdə Türkiyə dünya arenasında təklənmə təhlükəsində qalmışdı. Bələ olan halda müttəfiq lazım idi ki, hökumətin fikrincə ABŞ-la dostluq və NATO-ya üzv olmaq ən uyğun variant idi. Bu ittifaqla həmçinin ölkənin iqtisadi və sosial durumunda yüksəlişin əldə edilməsi planlaşdırılırdı. ABŞ isə Türkiyənin NATO-ya daxil olması üçün şərtlərdən biri kimi demokratik seçkilərin keçirilməsini göstərmişdi. Digər şərtlər "Milli Şef" titulunun, 5 illik inkişaf planının və kənd institutlarının aradan qaldırılması idi. İnönü və hökumət bu şərtlərlə razılaşmalı oldu.

Demokrat Partiyanın quruluşu

İsmət İnönünün rəhbərlik etdiyi hakimiyyət də razılıq verdikdən sonra yeni bir partiyanın yaradılması artıq zaman məsələsinə çevrilmişdi. Məclisdə hökumət tərəfindən aparılan siyasətə qarşı olan qüvvə formalaşmışdı.

Müxalif qüvvələrinin rəhbəri İnönünün siyasi rəqibi, 1937–1939-cu illərdə baş nazir olmuş Cəlal Bayar idi. Eyni partiyadan olmalarına baxmayaraq hələ Atatürkün dövründən onlar arasında rəqabət var idi. Artıq Bayar yaranmış əlverişli mühitdən istifadə edərək öz fikirlərini mûdafiə edən təşkilat yarada bilərdi. Beləliklə Bayarın rəhbərlik etdiyi Adnan Menderes, Fuad Köprülü və Refik Koraltandan (hər üçü CXP millətvəkili) ibarət qrup partiyanın yaradılması üçün çalışmalara başladı.

Bu 4 nəfər 1945-ci il 7 iyun tarixində parlamentə çoxpartiyalı tək dərəcəli sistemə keçid, azad seçkilərin keçirilməsi kimi tələblər olan imzalı sənədi təqdim etdi. Menderes və Köprülünün "Vətən" qəzetində yazdıqları iqtidar əleyhinə olan yazılar onların partiyadan qovulmasına səbəb oldu. Bu qərara etiraz edən Koraltan isə könüllü olaraq CXP-dən ayrıldı. Bayar isə partiyadan ayrılmaqla kifayət etməyib deputatlıqdan da imtina etdi. Dekabrın ilk günü yeni partiyanın yardılacağı rəsmi olaraq bəyan edildi. Bayar Çankaya prezident sarayında İnönünün razılığını aldıqdan sonra artıq heç bir maneə qalmamışdı. Beləliklə 7 yanvar 1946-cı ildə Demokrat Partiya yaradıldı.

DP-nin hakimiyyətə gəlişi və onillik iqtidar dövrü DP-nin yaranması ilə ölkə ilk çoxpartiyalı seçkilərə hazırlaşmağa başladı. Belə bir vaxtda hökumət seçkiləri 21 iyula çəkdi. Bununla DP seçkilərə tam hazır olmur və CXP böyük üstünlük qazanırdı. DP-çilər 21 iyul Parlament seçkilərindən narazı qaldı. Belə ki iddialara görə seçkilər şəffaf keçirilməmiş və bir çox yerdə kobud qanun pozuntularına yol verilmiş, seçki qutuları dəyişdirilmişdi. Sonralar hətta CXP üzvləri bəzi səhvlərə yol verildiyini etiraf etmişdilər. Gözlənildiyi kimi CXP böyük fərqlə qələbə qazandı. Seçkidə qələbəyə baxmayaraq uzunmüddətli CXP xalq arasındakı nüfuzunu getdikcə itirirməkdə idi. İqtisadi böhran, inflasiya, yoxsulluq xalqın günü-gündən DP-yə daha da yaxınlaşmasına səbəb oldu. Belə bir əlverişli mühitdə DP 1950-ci il seçkiləri ərəfəsi zamanı böyük gücə çevridi. Demokrat Partiya 1950-ci ildə kifayət qədər səs toplayaraq böyük üstünlüklə tək başına iqtidara gəldi. Adnan Menderesin baş nazir, Cəlal Bayarın isə prezident postuna, İsmət İnönünün əvəzinə seçildi. Xalq ilk vaxtlarda yeni hökuməti rəğbətlə qarşılayırdı. CHP-nin uzunmüddətli təkpartiyalı hakimiyyətindən narazı olan sadə əhali DP-çilərə bir yenilikçi kimi baxır, onların millətə rifah gətirəcəyinə inanırdı.

DP-nin onillik iqtidarını iki yerə bölmək olar. İlk dövrdə hökumət tərəfindən sosial, iqtisadi və s. digər sahələrdə aparılan islahatlar ölkədə müəyyən canlanmaya səbəb olur və xalqın vəziyyətini azda olsa yaxşılaşdırır. Lakin 1954-cü il seçkilərindən sonra hakimiyyət və xalq arasında münasibət kəskin şəkildə pisləşməyə başladı. Ölkədə onilliyin ortalarında yenidən yüksəlməyə başlayan iqtisadi böhran, infilasiya xalqın müxtəlif təbəqələrində etirazlara artırırdı. Hökumət barədə mənfi düşüncələri çoxaldan digər amil mətbuatın mövcud hakimiyyət əleyhinə hər hansı məlumat yaymasının qarşısı alınması, əleyhidarların sıxışdırılmalara məruz qalması idi.1957-ci il seçkilərində müxalifət qüvvələrin birləşməsinə qanunlarda dəyişikliklər etməklə mane olan DP hökuməti CXP-nin iddiasına əsasən səslərin dəyişdirilməsi kimi seçki pozuntularına yol vermişdir. Bu hadisələr Kayseri, Çanaqqala, Samsun və Giresun kimi şəhərlərdə baş verən mitinqlərdə özünü büruzə verdi. Bundan başqa Qaziantep (o dövrdə Antep) şəhəri mətbuat orqanları və radiosu ilk olaraq CXP-nin qələbəsini yayımlasa da, sonradan Demokrat Partiyanın qələbə qazandığını bildirmişdi. Hökumətin təzyiqi ilə Antepdə olan bu hadisələr mətbuat vasitəsilə xalqa çatdırılmadı. Bu haldan narazı olan CXP-nin istəyi ilə seçki qutuları şəhərin ədliyə binasına gətirilsədə bu binada baş verən qəfil yanğın onların məhv olmasına səbəb oldu.A. Sedat, B. Bıçakçı, "Popüler Siyasî Deyimler Sözlüğü", İletişim — 1995 — ISBN 975-470-510-0

17 fevral 1959-cu ildə Londondan Kiprlə bağlı danışıqlardan gələn və Menderesində olduğu təyyarə qəzaya uğradı. Baş nazirin qəzadan sağ-salamat çıxması müxalifətlə, əsasəndə İnönü ilə münasibətləri bir anlıq yumşaltsa da bu ara dövr uzun çəkmir və yerini qarşılıqlı tənqidlərə və çəkişmələrə buraxır. İqtidar və müxalif qüvvələr arasında olan bu uçurum xalqdan da yan ötüşmür. Bir çox şəhərlərin küçələri siyasi ideologiyaların qarşıdurma meydanına çevrilir, toqquşmalar baş verir.Bir uçak kazası, bir devlet, Radikal — 2009

1959-un aprelindən İnönü Şərqi Anadolu şəhərlərini əhatə edin gəzintiyə çıxdı. Bu gəzintilərdə CXP lideri güclü təzyiqə məruz qalmışdı. İnönü aprelin 29-u Uşak şəhərində daşlı hücum nəticəsində xəsarət aldı. Hadisənin şahidləri daşla hücum edənlər arasında çadra geyinmiş kişilərin olduğunu bildirmişlər. Bundan başqa Uşak valisi İlhan Engin müxalifət qüvvələrinin mitinq keçirmələrinə mane olurdu. 4 mayda İstanbula qayıdan İnönü Topqapıya doğru irəliləyərkən ondan narazı əhalinin mühasirəsi ilə üzləşir. Yalnız minbaşı Kənan Bayraktarın köməyi ilə İnönünün oradan uzaqlaşdırılması mümkün oldu.Şerafettin Turan, İsmet İnönü: Yaşamı, Dönemi ve Kişiliği, T. C. Kültür Bakanlığı, Ankara, 2000, ISBN 978-975-17-2506-6, s. 359.

1960-cı il aprelində "dövlət və qanunlara" qarşı çıxan mətbuat orqanlarının işini yoxlamaq üçün yaradılan Tədqiqat Komitəsi ölkənin demokratik bünövrəsinə vurulan ağır zərbə kimi qiymətləndirilir. 1960-cı ilin 28–29 aprelində Istanbulda tələbə mitinqlərinin polis qüvvələri tərəfindən yatırılması zamanı baş verən toqquşmalarda 40 tələbə yaralanmış, Istanbul Universitetində təhsil alan Turan Əməksiz ölmüşdür. Gəncin ölümü xalqda Menderes hökumətinə olan inamı daha da azaldır. 1960-cı il 5 mayda Ankara Qızılay meydanında DP əleyhdarlarının 555K (555Q) kimi adlandırılan (5-ci ayın 5-ci günü saat 5-də Kızılayda (Qızılayda)) mitinqi baş verir.. Bu mitinq Türkiyə tarixində "ilk itaətsizlik mitinqi" adlandırılır. Elə həmin günlərdə DP mitinqi üçün Qızılaya gələn Mendres burada narazı əhali ilə əhatələnir. Menderesin "Nə istəyirsiniz?" sualına gənclərdən biri baş nazirin yaxasından yapışaraq "Hürriyət istəyirik" deyir. Cavab olaraq Mendres "Baş nazirin yaxasından yapışırsan. Bundan böyük hürriyət olar!?" söyləyir. Hökumətin universitet və tələbələrlə yaranan bu münaqişələrdən sonra Mendres daha bir çıxışında universitet müəllimlərini gəncləri dövlətə qarşı yönəltməkdə günahlandıraraq "qara cübbəlilər" adlandırmışdır. Bu ifadə gələcəkdə Menderesə qarşı ittihamlarda, propaqanlarda istifadə ediləcəkdi.Çavdar, Tevfik (1996). "Birinci Bölüm". Türkiye'nin Demokrasi Tarihi 1950–1995

DP və ordu arasında münasibətlər 50-ci illərin ikinci yarısından etibarən ordu tərkibində hökumətə qarşı olan müxtəlif xuntalar formalaşmağa başlayır. Bu xuntaların əsasını aşağı rütbəli hərbçilər təşkil idi. Ordunun başında duran generallar iqtidar meyilli idilər.