() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Statusu Azərbaycanda adi quru qurbağasının Bufo bufo verucosissima (Pallas,1813) yarımnövü yayılmışdır. Lənkəran rayonunda və Böyük Qafqazın cənub ətəklərində təsadüf edilir.

Yaşayış yeri Meşə kənarlarındakı çəmənliklərdə, çoxalma dövründə isə meşə kənarındakı gölməçələrdə təsadüf edilir.

Sayı Çoxalma zamanı optimal şəraitdə 1 km marşruta 3-4 fərd düşür. 1989-cu ildə Zaqatala rayonunun Qəbizdərə kəndinin yaxınlığındakı gölməçədə 100 m-lik sahil zolağında 30-40 fərd hesablanmışdır.

Çoxalması Mayalanma xaricidir. Cütləşmə 4-12 (hərdən daha çox) saat davam edir. Kürütökmə 7-10 gün ərzində gedir. 1200-1700 kürü tutan 1,5–5 m uzunluğunda kürü bağları qoyur. Metamorfoz 50 gün davam edir. Cinsi yetginliyə 3-cü (erkəklərdə) və 4-cü (dişilərdə) illərdə çatır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:1758-ci ildə təsvir edilən suda-quruda yaşayanlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avropa faunası Kateqoriya:Avropa suda-quruda yaşayanları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları