"Qardaş köməyi" toplusu — İctimai-siyasi toplu.Qılman İlkin, Bakı və bakılılar, B., 1998

Mahiyyəti Birinci Dünya müharibəsi (1914–1918) dövründə Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmiş "Qardaş köməyi" təşkilatının orqanı. Əsasən, Qars vilayəti ətrafında zərər çəkmiş müsəlman qaçqınlarının həyatına həsr olunmuş məqalələr dərc edilirdi.

Əsas yazıçılar Toplunun əsas mühərrirləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Hüseyn Cavid, Firidun bəy Köçərli, Seyid Hüseyn, Abdulla Şaiq, Şəfiqə xanım Əfəndizadə idi.

Jurnalın bir nüsxəsi hələ də İstanbulda saxlanılaraq, mühafizə olunur.

Həmçinin bax Məhəmməd Əmin Rəsulzadə "Qardaş köməyi" təşkilatı

Mənbə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, "Qardaş köməyi" maddəsi

İstinadlar

Kateqoriya:Azərbaycan jurnalları Kateqoriya:Azərbaycan dilində jurnallar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətində jurnallar