UNESCO-nun Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatı () — Kolumbiyanın "El Espectador" qəzetinin öldürülmüş redaktoru Gilyermo Kanonun xatirəsinə 1997-ci ildə təsis edilmiş mükafat. Mükafatın təqdim olunmasında məqsəd dünyanın hər yerində fəaliyyətini ciddi risk qarşısında qoyaraq, mətbuat azadlığının qorunması və inkişaf etdirilməsi işinə böyük kömək göstərmiş şəxsləri, təşkilatları və təsisatları xüsusi vurğulamaqdan ibarətdir.

Mükafat hər il mayın 3-də, Ümumdünya Mətbuat Azadlığı Günündə təqdim olunur. Laureat 45 000 ABŞ dolları məbləğində pul və xatirə hədiyyəsi alır.

Laureatları 17 nəfərdən ibarət müstəqil beynəlxalq jüri müəyyən edir. Jürinin tərkibinə media sahəsində beynəlxalq səviyyədə tanınmış peşəkarlar daxildir.

Mükafatın laureatları Mənbə: İl Alan şəxs Ölkə 2021 Mariya Ressa Filippin 2020 Hinet Bedoya Lima Kolumbiya 2019 Kyau Su Oo və Va Lon Myanma 2018 Mahmud Abu Zeyd Misir 2017 Davit İsaak İsveç/Eritreya 2016 Xədicə İsmayıl Azərbaycan 2015 Mazen Dərviş Suriya 2014 Əhməd Şık Türkiyə 2013 Riyot Alemu Efiopiya 2012 Eynulla Fətullayev Azərbaycan 2011 Əhməd Zeydabadi İran 2010 Monika Qonsales Muxika Çili 2009 Lasanta Vikrematunqe Şri-Lanka (ölümündən sonra) 2008 Lidiya Kaço Ribeyro Meksika 2007 Anna Politkovskaya Rusiya (ölümündən sonra) 2006 Mey Şidiak Livan 2005 Çen İçjub Çin 2004 Raul Rivero Kuba 2003 Amira Hass İsrail 2002 Coffrey Niarota Zimbabve 2001 Vin Tin Myanma 2000 Nizar Nayuf Suriya 1999 Xesus Blankornelas Meksika 1998 Kristina Anianvu Nigeriya 1997 Qao Yu Çin

Həmçinin bax UNESCO Ümumdünya Mətbuat Azadlığı Günü

İstinadlar

Xarici keçidlər

36px|link=YouTube Mükafatın 20 illiyinə həsr olunmuş videoklip

Kateqoriya:UNESCO mükafatları Kateqoriya:Jurnalistika mükafatları Kateqoriya:İnsan hüquqları