Hüseynov Sadıq Cavad oğlu () - Azərbaycan kimyaçı-alimi, Azərbaycan SSR əməkdar elm xadimi, professor.
Həyatı
1 may 1883-cü ildə anadan olmuşdur. 1904-cü ildə orta təhsilini Bakı Realnı Məktəbində aldıqdan sonra, Almaniyanın Darmştad Kimya Texnologiya İnstitutuna qəbul olmuş və oranı 1910-cu ildə bitirərək kimyaçı-mühəndis ixtisasına yiyələnmişdir. 1913-cü ildə Kiyev Tibb İnstitutuna daxil olmuşdur. 1917-ci ildə Bakıya qayıtmış, 1920-ci ildə açılan birillik müəllimlik kurslarının təşkilatçılarından biri olmuş və sonra onun əsasında yaranan Azərbaycan Pedaqoji İnstitutunda 1927-ci ilədək Kimya kafedrasının müdiri işləmişdir. Eyni zamanda, Azərbaycan Tibb İnstitutu (ATİ) və Azərbaycan Sənaye İnstitutunda kimyadan mühazirələr oxumuşdur. 1927-ci ildən BDU-da işləmişdir. 1936-cı ildə BDU-da, bir az sonra ATİ-də Qeyri-üzvi kimya kafedrasının müdiri təyin edilmişdir. 1921-ci ildən başlayaraq 1952-ci ilə qədər həmin tədris ocaqlarında kimyadan dərs demiş, Qeyri-üzvi kimya kafedrasına rəhbərlik etmişdir.
Azərbaycan dilində kimya terminologiyasının əsasını təşkil edən, orta və ali məktəblər üçün kimya üzrə ilk dərslikləri tərtib etmişdir,https://s.eduherald.ru/pdf/2021/2/20435.pdf МЕТОДЫ ВНЕКЛАССНОЙ ДЕЯТЕЛЬНОСТИ В СРЕДНИХ ШКОЛАХ
Buruq sularından ozon üsulu ilə yodun, bromun alınması, işlənmiş sulfat turşusunun təmizlənməsi üsullarını işləyib hazırlayıb.
1939-cu ildə professor, 1943-cü ildə isə Azərbaycanın əməkdar elm xadimi fəxri adı almışdır.
Yusif Məmmədəliyevin müəllimi olmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan kimyaçıları Kateqoriya:Azərbaycanlı kimyaçılar Kateqoriya:Darmştadtda təhsil almış azərbaycanlılar