() — domeninin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid parazit birhüceyrəli orqanizm növü.

Xarici quruluşu Bədən forması dəyişkəndir, uclardan kütləşmiş amöb formalı əyri, oval formalı ön və iti arxa qurtaracaqlı formalara qədər dəyişir. Uzanmış, azca əyilmiş formalara da rast gəlinir. Nüvə müəyyən formada deyil, ön qurtaracaqda və ya arxada yerləşir, ya da lap arxa qurtaracaqda olur. Bu növün xarakterik xüsusiyyəti ön tərəfin əyri tərəfində yerləşən kinetoplastın ölçülərinin iri olmasıdır. Əksər fərdlərdə o intensiv qırmızı rəngə boyanır. Sitoplazma tünd göy rəngdədir, bədənin ön hissəsi əksər halda açıq rəngdədir. Bədənin uzunluğu 15.0–26.0, eni 3.0–14.0, ön qamçının uzunluğu 11.0–21.0, arxa qamçının uzunluğu 9.0–18.0, nüvənin uzunluğu 3.0–8.5, kinetoplastın uzunluğu 6.5–12.0 mkmdir.

Yayılması Şabran limanı, Kiçik Qızılağac körfəzində yayılmışdır.

Həyat tərzi Sahib: lil balığı.

İstinadlar

Həmçinin bax