Hadisələr 20 yanvar — SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet Ordusu hissələri həm quru, həm dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək 100-dən artıq silahsız insanı qətlə yetirdi. Bax: Qara Yanvar. 27 yanvar — Belarus dili Belarusiya Sovet Sosialist Respublikasının rəsmi dili elan edildi. 31 yanvar — SSRİ-tarixində ilk dəfə olaraq Moskva şəhərində McDonald's fəst fud şəbəkəsi açılır. Fevral — ABŞ-nin bütün uçuş reyslərində siqaret çəkmək qadağan olunur. 7 fevral — Sovet İttifaqı Kommunist Partiyasının ümumi səsverməsinin qərarı ilə kommunistlərin hakimiyyətdəki siyasi monopoliyaları təxirə salınır. 11 fevral — Nelson Mandela CAR-ın Viktor Versten Həbsxanasında 27-illik həbs cəzasından sonra azadlığa buraxılır. 15 fevral — 8 illik fasilədən sonra Böyük Britaniya və Argentina arasında diplomatik əlaqələr bərpa edilir. 2 ölkə arasında yaranmış münaqişəyə səbəb isə Argentinanın 1982-ci ildə Böyük Britaniyanın dəniz ərazilərindən biri hesab edilən Folklend adalarını işğal etməyə cəhd etməsi olmuşdur. 5 mart — SSRİ Ali Soveti “Azərbaycan SSR və Ermənistan SSR-də vəziyyəti sahmanlamaq tədbirləri haqqında” qərar qəbul edib. 11 mart —Mahnı İnqilabı:Litva Sovet Sosialist Respublikası SSRİ-nin tərkibindən ayrıldığını və müstəqil dövlət olduğunu bəyan etdi. 13 mart —SSRİ Ali Soveti 5 illik prezident seçilmək haqqında SSRİ Konstitusiyasında dəyişikliklər etdi. 15 mart — Mixail Qarbaçov tarixdə ilk və son dəfə olaraq SSRİ prezidenti seçildi. 15 mart — SSRİ Ali Soveti Litvanın müstəqil dövlət olması bəyanatının qanunsuz olduğunu elan etdi. 21 mart — Namibiya 75 illik asılılıqdan sonra CAR-ın tərkibindən ayrılaraq müstəqil dövlətə çevrilir. 24 mart — Hindistan öz ordusunu Şri Lanka ərizisindən çıxarır. 25 mart — Litvanın SSRİ-nin tərkibindən çıxmasını tələb edən tərəfdarların zərərsizləşdirilməsi üçün Sovet hökuməti Vilnüs şəhərinə tanklar göndərir. 28 mart —Cessi Ouens ABŞ prezidenti Corc Buş (ata) tərəfindən Konqres qızıl medalına layiq görüldü. 2 aprel -— Çində kompüter və kompüter ləvazimatları istehsal edən ASUS şirkətinin əsası qoyulur. 2 avqust -— İraqın Küveytə təcavüz etməsi. Qeyri-adi "Hanq Nqa" mehmanxanasının əsası qoyulmuşdur. 13 yanvar - Bakının “Azadlıq” meydanındakı izdihamlı mitinqdə Azərbaycan Xalq Cəbhəsi tərəfindən “Milli Müdafiə Şurası”nın yaradıldığının elan olunması. 14 yanvar - Ermənilərin torpaq iddiaları ilə bağlı təhdidlərinə biganə münasibətilə əlaqədar Bakıda kütləvi etiraz aksiyalarının başlanması. 15 yanvar - SSRİ Ali Soveti tərəfindən Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarında, Dağlıq Qarabağı əhatə edən şəhərlərdə fövqəladə vəziyyətin elan edilməsi; Dağlıq Qarabağ bölgəsində etnik qarşıdurmaların qarşısını almaq üçün əraziyə Sovet ordusu yeridilir. 18 yanvar - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binası qarşısında etiraz aksiyasiyasının başlanması. 19 yanvar: Naxçıvan Ali Soveti tərəfindən muxtar respublikanın SSRİ tərkibindən çıxması barədə qərar qəbul edilməsi. Azərbaycan Respublikasının dövlət gerbinin təsdiq olunması. Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin yaradılması. Sovet Ordusu tərəfindən Bakıda “Qanlı Yanvar” qırğınının həyata keçirilməsi. 6 mart - Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən «Ermənistan SSR-in ərazi iddialarının yolverilməzliyi haqqında» qərar qəbul edilməsi. 11 iyul — "Tərtər-Kəlbəcər" sərnişin avtobusunun erməni quldurları tərəfindən partladılması, 10 avqust — "Tiflis-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladıldı, 20 nəfər həlak oldu, 30 nəfər yaralandı. Bu cinayətin təşkilatçıları, millətcə erməni olan A.Avanesyan və M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olundular. Altıağac Dövlət Qoruğunun təşkil olunması.

Doğumlar 9 aprel — Kristen Stüart, amerikan aktrisa. 15 aprel — Emma Uotson, ingilis aktrisa. 29 may — Ramil Quliyev – Azərbaycan atleti. 23 oktyabr — Aksel Enström. Karma (oxatan)

Ölümlər 2 dekabr — Aron Koplend, amerikalı bəstəkar. 8 aprel – Rayan Vayt – İİV/QİÇS virusuna yoluxduğu üçün oxuduğu məktəbdən çıxarılmasına qarşı apardığı mübarizə ilə Amerika Birləşmiş Ştatlarında milli simvol halına gələn amerikalı gənc. 27 may — Möhsün Abbasov — Sosialist Əməyi Qəhrəmanı (1950). Böyük Vətən müharibəsi (1941–45) iştirakçısı.