Jan-Mark Ero (; d. 25 yanvar 1950, Molevre«Jean-Marc Ayrault, le „réformiste décomplexé“» , Le Monde, 15 may 2012-ci il) — Fransa dövlət xadimi və siyasətçisi, Fransa Sosialist partiyasının üzvü, 14 mart 1977-ci ildən 20 mart 1989-cu ilədək San- Erbelanın Meri, 20 mart 1989- 21 iyun 2012-ci ilədək Nantın Meri, 15 may 2012-ci ildən 31 mart 2014-cü ilə qədər Fransanın Baş Naziri, 11 fevral 2016-cı ildən 10 may 2017-ci ilədək Fransanın Daxili İşlər Naziri vəzifəsində çalışmışdır.

Bioqrafiyası Jan-Mark Ero 1950-ci ildə yanvarın 25-də Molevrədə dünyaya gəlib. O, elə Molevrədəki Müqəddəs İosif(xristian müqəddəslərinin adı) məktəbində erkən təhsil aldı və 1961-1968-ci illər arasında Kolbera liseyini bitirdi. . Sonralar Nantes Universitetində almanca təhsil alır. 1969-1970-ci illərdə isə Cənubi Amerikanın Vürzburq şəhərində təhsil alır. O bir il sınaq müddəti üçün Nant bölgəsində qalır. 1973-cü ildə Milli Məclisə üzv seçilir. 1986-cı ildə qonşu San-Erblen şəhərində Alman dili müəllimi işləmişdir..

Siyasi karyera

Millət Vəkili Fransa Milli Məclisi 1997-2012-ci illərdə Fransanın Milli Məclisində sosialistlərin parlament fraksiyasının sədri; 1986, 1988, 1993, 1997, 2002, 2007 və 2012-ci illərdəAtlantik Lorie Departamentindən Fransa Milli Məclisinin üzvü oldu.

Baş müşavir 1976-1982-ci ildə Atlantik Lorie Departamentinin baş müşaviri seçilir.

Bələdiyyə müşaviri 1989, 1995, 2001, 2008-ci illərdə də Nant şəhərinin meri; 20 mart 1989-cu ildə Nant şəhərinin Bələdiyyə müşaviri; 1977, 1983, 1989-cu illərdə San-Erblainin meri; 1977, 1983, 1989-cu illərdə San-Erblainin Bələdiyyə müşaviri seçilmişdir.

Şəhər Cəmiyyəti 2002, 2008-ci ildə Nant-Metropal şəhərinin icma rəhbəri;

2002 və 2008-ci illərdə Nant-Metropol İcmasının İdarə Heyətinin üzvü seçilir.

Hökumət karyerası 15 may 2012-ci ildə yeni Fransa Baş naziri "Fransua Hollande " təyin edildi..

31 mart 2014-cü ildə Jan-Mark Ero bələdiyyə seçkilərində sosialistlərin uğursuzluqlarına görə tutduğu vəzifədən istefa verdi..

11 fevral 2014-cü ildə Loran Fabiusun istefasının ardından Xarici İşlər Naziri təyin edildi.

Jan-Mark Ero: 16 may- 18 iyun 2012 Baş nazir Jan-Mark Ero-Fransanın baş naziri Nazirlər Loran Fabius-Xarici İşlər naziri; Vinsen Peyon-Milli Təhsil Naziri; Kristian Tobira-Ədliyyə naziri; Pier Maskoviç-İqtisadiyyat, Maliyyə və Xarici Ticarət naziri; Marisol Turen-Sosial İş və Səhiyyə naziri; Sesil Duflo-Mənzil Tikintisi və Ərazi naziri; Manuel Vals-Daxili İşlər Naziri; Nikol Brik- Ekologiya, Enerji və Davamlı İşlər naziri; Aron Montebur-Sənaye Bərpa naziri; Mişel Sapen-Əmək Məşğulluq və Dialoq naziri; Jan-İv Le Drian- Müdafiə naziri; Oreli Flippetti-Mədəniyyət və Kütləvi Komunikasiyalar naziri; Nacat Vallo Bilkasim- Qadın Hüquqi və Hökumətin mətbuat katibi; Stefan Le Fon-Kənd təsərüffatı və aqro-sənaye kompleksi; Mariliz Lebranşu-Dövlət islahatı, Qeyri-Mərkəzləşdirmə və İctimai Xidmət naziri; Viktoren Lürel- Xarici İşlər üzrə Ədliyyə naziri; Valeri Furneron-İdman, Gənclər, Xalq Təhsili və İctimaiyyətlə Əlaqə Naziri.

Nazir nümayəndələri Jerom Kayuzak-Büdcə nazirinin nümayəndəsi (İqtisadiyyat, Malliyə və Xarici Ticarət nazirinə tabe olan); Corc Po-Lancevin-müvəfəqiyyətli təhsil nazir nümayəndəsi (Milli Təhsil nazirinə tabe olan); Alen Vidali-parlamentlə əlqələr üzrə nazir nümayəndəsi (Baş nazirə tabe olan); Dolpin Bato-Ədliyyə İşləri üzrə nazir nümayəndəsi (Ədliyyə nazirinə tabe olan); Fransua Lami-Şəhərlər üzrə nazir nümayəndəsi (Mənzil Tikintisi və Bərabər Ərazilər nazirinə tabe olan); Bernard Kaznev-Avropa İşlər nazirinin nümayəndəsi (Xarici İşlər nazirinə tabe); Mişel Dolene-yaşlılara və müstəqilliyə görə nazir nümayəndəsi (Sosial İşlər və Səhiyyə nazirinə tabe olan); Silvia Pinel-sənətkarlıq, ticarət və turizm nazir nümayəndəsi (Sənaye Bərpa nazirinə tabe olan); Benoit Amon-İqtisadi və Sosial Həmrəylik üzrə nazir nümayəndəsi (İqtisadiyyat, Maliyyə və Xarici Ticarət nazirinə tabe olan); Dominik Bertinotti-Ailə məsələləri üzrə nazir nümayəndəsi (Sosial İşlər və Səhiyyə nazirinə tabe olan); Mari-Arlett Karlotti-Əlil üzrə nazir nümayəndəsi (Sosial İşlər və Səhiyyə nazirinə tabe olan); Paskal Kanfen-İnkişaf məsələləri üzrə nazir nümayəndəsi (Xarici İşlər nazirinə tabe olan); Yamina Banqiqi-Fransız vətəndaşları üzrə nazir nümayəndəsi(Xarici İşlər nazirinə tabe olan); Frederik Kuiver-Nəqliyyat və dəniz iqtisadiyyatının nazir nümayəndəsi (Ekologiya, Enerji və Davamlı İnkişaf nazirinə tabe olan); Flor Pelleran-kiçik və orta biznes, innovasiya və rəqamsal iqtisadiyyata dair nazir nümayəndəsi (Sənaye Bərpa nazirinə tabe olan); Kadir Arif-Veteranlarla iş üzrə nazir nümayəndəsi (Müdafiə nazirinə tabe olan);

Həmçinin bax Jan-İv Le Drian Normandiya dördlüyü Fransa tarixi Pavel Klimov Sergey Lavrov Emmanuel Makron Fransua Olland Frank-Valter Ştaynmayer

İstinadlar Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Fransa baş nazirləri Kateqoriya:Tbilisinin fəxri vətəndaşları Kateqoriya:Fransa Milli Məclisinin deputatları Kateqoriya:Fransa şəhərlərinin merləri