thumb|İstiqlaliyyət küçəsində yerləşən Çiçək passajı. thumb|Restoranlar şəbəkəsi. thumb|Şüşəli gümbəz Çiçək passajı () — İstanbulun Beyoğlu rayonunda yerləşən tarixi passaj. Passaj İstanbulun İstiqlaliyyət küçəsini Səhnə küçəsi ilə birləşdirir.
Tarixi 1876-cı ildə açılmış olan Çiçək passajı tarixi kafelər, şərab barları və restoranlarla örtülü bir qalereyadır. Binanın İstiqlaliyyət küçəsinə baxan girişinin ən üst hissəsində yer alan saatdakı rəqəmlar rum rəqəmlarından ibarətdir. Saat bu gündə oluduğu kimi işləyir.
Əvvəllər Çiçək passajının yerində Naum qardaşlarına aid teatr binası yerləşirdi. Teatr 1870-ci yanğınından böyük zərər görmüşdürEmre Aracı: "Naum Tiyatrosu - 19.Yüzyıl İstanbul’unun İtalyan Operası". Yapı Kredi Yayınları, Istanbul, 2010. Vatan: "Paris’in Garnier’si neyse, İstanbul için de Naum Tiyatrosu oydu" by Buket Aşçı, 16 December 2010.. Teatrı tez-tez Osmanlı sultanları Əbdüləziz və II Əbdülhəmid ziyarət edirdi. Hətta burada Cüzeppe Verdinin Trubadur operası Parisdən öncə nümayiş etdirilmişdir.
Yanğından sonra teatr binası yunan bankiri Xristaki Zoqrafos tərəfindən satın alınır. Teatrın yerində Klreantis Zannosanın layihəsi əsasında bu gün ki, Çiçək passajının binası inşa edilir. İlk əvvəllər passaj Cité de Péra və ya Xristaki Pasajı olaraq adlanırdı. Yorgonun Meyxanəsi Çiçək passajında açılan ilk şərab barı olmuşdur. 1908-ci ildə Osmanlı İmperiyasının böyük vəziri Küçük Mehmet Səit Paşa passajı satın almışdır. Bundan sonra Səit Paşa Passajı adlandırılır
1917-ci ildə Böyük Rus İnqilabından sonra bir çox kasıblamış baronessalar da daxil olmaqla rus zadəgan qadınları pasajda çiçək satırdılar. 1940-ci illərdə passajda çoxlu sayda çiçək mağazası vardı. Passajda özünün bugünkü adını burdan almışdır.
1988-ci ildə binanın bərpasından sonra Çiçək passajı bar və restoranların qalereyası kimi açılmışdır.
Passajda ən son bərpa işləri 2005-ci ilin dekabrında aparılmışdır.
İstinadlar
Mənbə
Çiçək passajının rəsmi saytı
Kateqoriya:İstanbulun görməli yerləri Kateqoriya:İstanbul tikililəri Kateqoriya:Pərakəndə satış şirkətləri